• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bir ailənin 7 üzvü bir gündə dəfn edildi

Azərbaycanda bir ailənin 7 üzvü bir gündə dəfn edildi
02.04.2018 15:10
Şənbə günü Lənkəran rayonunda baş vermiş dəhşətli yol qəzasında vəfat edən 7 nəfər dəfn edilib. 

Anews.az lent.az-a istinadən xəbər verir ki, Gərmətük kəndi ərazisində 99-BJ-224 dövlət nömrə nişanlı "Ford Cargo" markalı yük avtomobilinə çırpılan 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi Pajero İO" markalı minik maşınında həlak olan və bir ailənin üzvü olan şəxslər Ləj kənd qəbiristanlığında dəfn edilib.

Bildirilir ki, Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsindən yaxınlarına təhvil verilən meyitlər əvvəlcə kənd məscidinə gətirilib. Daha sonra onlar dəfn edilib.

Qeyd edək ki, 7 nəfərlik ailədən Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanova hadisə yerində ölüb. Maşından yalnız 7 yaşlı Aslanov Ülvi Faiq oğlu sağ çıxıb və o, xəstəxanaya yerləşdirilib. Lakin 1 gün sonra Aslnov Ülvi Faiq oğlu xəstəxanada vəfat edib. O da artıq dəfn edilib.

Bildirilir ki, qəzada vəfat edənlər Bakıda yaşayırmış və rayonda infarkt keçirmiş yaxın qohumlarına baş çəkməyə, daha sonra isə toy məclisində iştirak etməyə gedirmiş.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol