• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dini icmaların sayı 808-ə çatıb

Azərbaycanda dini icmaların sayı 808-ə çatıb
09.04.2018 17:28
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınan bir qrup dini icmaya şəhadətnamələr təqdim edilib.
 
Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu məqsədlə təşkil edilmiş toplantıda Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak edib.

Ölkənin nümunəvi dövlət-din modelindən danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı bildirib ki, müstəqilliyimizi əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi dövlət-din münasibətlərində də sürətli inkişafa nail olunub, dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, dinimizə uyğun qaydalar müəyyənləşdirilib. Sədrin birinci müavini bu müdrik siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə bütün dünyada örnək göstərilən ölkələrdəndir. Dövlət başçısının sərəncamları, tapşırıq və tövsiyələri ilə ölkəmizdə bir sıra məscid, kilsə, sinaqoqlar tikilib və bərpa olunub, mütəmadi olaraq müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımı göstərilir, dini bayramlar yüksək səviyyədə qeyd olunur.

Yeni qeydiyyatdan keçən dini icma rəhbərlərinə tövsiyələrini verən Səyyad Salahlı cəmiyyətimizi xurafatdan, mövhumatdan uzaq, saf dini biliklərlə maarifləndirməyin önəminə toxunub. İcma sədrlərini tarixi irsimizin mühüm hissəsi olan dinimizin, milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağırıb və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra 3-ü qeyri-islam dini icması olmaqla 15 dini quruma qeydiyyat şəhadətnamələri təqdim edilib.

Masallı şəhəri "Cümə” məscidi dini icmasının sədri Mirqabil Hüseynov çıxış edərək dinə, dindarlara diqqət və qayğıya görə dindarlar adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. 

Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 808 dini qurum dövlət qeydiyyatından keçib. Konfessional baxımdan onların 777-si İslam, 31-i isə qeyri-islam (xristian – 20; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol