• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda klinika rəhbəri döyüldü

Bakıda klinika rəhbəri döyüldü
09.04.2018 18:49
Bakıda quldurluqda təqsirli bilinən Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin cinayət işi üzrə məhkəmə keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində "Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayev ifadə verib.

O bildirib ki, hadisə zamanı onun əl qolunu bağlayıblar:

"Evimə basqın edən zaman mənim və həyat yoldaşımın əl-qolunu bağladılar. Onlar məni əvvəl döydülər, sonra təhqir etdilər. Üzümə qarşı söydülər. Evdən isə pullarımı və digər qiymətli əşyaları apardılar".

İttihama görə, Firdovsi Əliyev 2 ay müddətinə "Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində o, 5 dəfə məhkum olunan Anar Əmirovla görüşüb, professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib.

Həmçinin deyib ki, Kamal Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.

Anar Əmirov isə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi bu işə cəlb edib. Bir müddət Kamal Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər.

Hadisədən bir neçə gün öncə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib.

Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin, onlar Bərdə rayonuna getmək üçün taksi da danışıblar.

Anar Əmirov, Natiq Musayev və Bəhruz Hacızadə isə oradan çıxaraq, Rəsulzadə qəsəbəsində yaşayan Kamal Abdullayevin evinə yollanıb.

Anar hasardan keçərək içəridən darvazanı açıb. Oğruları qarşılayan alman "ovçarka”sını bibər qazı ilə uyudublar. Daha sonra maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb, çöldən pəncərəni açıb içəri giriblər.

Yatmış vəziyyətdə olan Kamal Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamutla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər.

Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin Kamal Abdullayev o qədər pulu olmadığını deyib. Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, 1 ədəd Ayfon, 2 ədəd Samsunq, 20 min manatlıq "Franck Muller” qızıl saatı, Kamal Abdullayevə məxsus qaz tapançası və suvenir bıçağı götürüblər. Oğruluğa gələnlər ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol