• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda məktəbdə şagird öldürülüb? – ŞOK İDDİALAR

Azərbaycanda məktəbdə şagird öldürülüb? – ŞOK İDDİALAR
10.04.2018 13:50
Bir neçə gün əvvəl Şəmkir rayonu, Çənlibel kəndindəki məktəbdə şagirdin ölümü ilə bağlı yeni iddialar səsləndirilib. Məktəbdə qəfil vəfat edən 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlunun yaxınları onun döyülərək öldürüldüyünü deyiblər.

Belə ki, E. Məhərrəmovun Güleyşə adlı bibisi criminal.az saytına açıqlamasında qardaşı oğlunun yıxılaraq dünyasını dəyişmədiyini, sinif yoldaşı tərəfindən döyülərək  öldürüldüyünü deyib: ”Elgünün ölümündən bir neçə gün əvvəl sinif yoldaşı Nurlanla mübahisəsi olub. Həmin vaxt Nurlan Elgünə deyib ki, səni öldürəcəm. Hadisə dərs zamanı sinif otağında baş verib. Müəllim uşaqları nəzarətsiz buraxaraq harasa gedibmiş. Müəllim olmayan zaman onlar arasında yenidən mübahisə düşüb. Kök və cüssəli olan Nurlan Elgünü döyməyə başlayıb, yerə yıxaraq təpikləyib. Uşağı döyərək qançır edib. Yerdə huşsuz vəziyyətə qalan Elgünə kömək etmək üçün sinif yoldaşları başqa müəllimləri çağırıblar. Xeyli keçəndən sonra müəllimlər gəlib. Müəllimlər gələndə Elgün keçinibmiş. Bir saat sonra həkim çağırıblar. Həkim iynə vurmaq istəsə də, bədəninə yeriməyib. Qışqırışma düşəndən sonra Elgünü döyən uşağın elə həmin məktəbdə işləyən bibisi gəlib. O, ”Elgünü niyə öldürdün” deyə soruşanda, Nurlan ”yaxşı edib öldürdüm” cavabını verib. Sonra Elgünün bacısına zəng ediblər ki, qardaşın yıxılıb. Bizə isə iki saat keçəndən sonra zəng etdilər ki, gəlin uşağınızı aparın”.


Vəfat edən şagirdin bibisi deyib ki, E.Məhərrəmovun meyitinin üzərində döyülmə izləri olub, amma ekspert başqa rəy verib: ”Ekspert müayinə edib, amma susur. Rəy verib ki, uşaq xəstə imiş, sudurqa keçirərək ölüb. Axı uşaq sağlam idi, meyitin də qzərində zorakılıq izləri olub. Bu işi batırdılar. İstəyirik hadisə ictimailəşdirilsin, haqq öz yerini tapsın. Balamızı öldürüblər. Qardaşım Sankt-Peterburqda yaşayır. Novruz bayramına gəlmişdi. Balasının vayı qismət oldu qardaşıma. Axı bizim uşaq dava edən deyildi. Niyə onun ölümünə bais oldular. Savadlı idi, dərslərini əla oxuyardı, şərəf lövhəsində şəkili vurulub. Yanıb tökülürük…”.
 


Çəınlibel kənd orta məktəbinin direktoru Qoşqar Əliyev Lent.az-a açıqlamasında deyib ki, ölüm faktı rayon proklurorluğu tərəfindən araşdırılır: "Prokurorluqda bu hadisə ilə bağlı iş aparılır. Bu hadisədə kimin günahı varsa, o da cəzasını alacaq. Hazırda istintaq aparılır və bütün iddialar araşdırılır. Nəticədən asılı olaraq tədbir görüləcək”.

Məktəb direktoru əlavə edib ki, vəfat edən şagird nümunəvi məktəblilərdən olub: "Onun babası Şahbaz kişi kəndimizin ağsaqqalıdır. Çox təəssüf ki, belə bir hadisə baş verib. Heç kim istəməzdi belə olsun, onların ailələrinə başsağlığı verirəm, səbr diləyiəm”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol