• $
  • €
  • ₽
  • ₺
  • £

Həkim öz həmkarını əməliyyatda öldürüb? - Ekspert

Həkim öz həmkarını əməliyyatda öldürüb? - Ekspert
18.04.2018 13:31
Bu cür əməliyyatlarda venalar proses boyu iflic durumunda olur, venaların hərəkəti bir növ dayanır. Ayaqda hərəkət olmadığı üçün qan durğunluğu yaranır və bu da tromblaşmaya meyilliliyi artırır. Ancaq əməliyyatdan sonra xırda molekulyar separinlərin vurulması, ayağa müxtəlif masajedici aparatların qoşulması, erkən xəstənin aktivləşdirilməsi tromblaşma ehtimalını azalda bilərdi.

Bu sözləri Axar.az-a tibb eksperti Adil Qeybulla Bakı şəhəri 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlının "MediStyle Hospital"da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirdikdən 4 gün sonra dünyasını dəyişmə səbəbindən danışarkən deyib.

A.Qeybulla qeyd edib ki, bu cür əməliyyatlarda troblaşma ehtimalı yüksəkdir. Hətta onun qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülsə belə, tromblaşma ehtimalı həmişə var:

"Venalar əməliyyat boyu iflic durumunda olur. Çünki əməliyyat zamanı vurulan relaksatlar əzələləri iflic edir və demək olar ki, venaların hərəkəti bir növ dayanır. Ayaq hərəkətsiz qaldığı üçün qan durğunluğu yaranır. Bütün bunlar hamısı tromblaşmaya meyilliliyi artırır. Əgər əməliyyat olunan insanın yaşı çoxdursa, bu, tromblaşma ehtimalını daha da artırır. Qan-damar sistemində problemi, şəkərli diabet xəstəliyi olan insanlarda bu ehtimallar daha yüksəkdir. Ancaq əməliyyat edilməsi həmişə mümkündür. Sadəcə əməliyyat sonrası xırda molekulyar separinlər vurulmalı, ayağa müxtəlif masajedici aparatlar qoşulmalıdır. Bütün bunlar tromblaşmanın qarşısını alır. Görülən tədbirlər nəticə verməyə bilər. Ancaq təbii ki, biz bütün bu tədbirlərin görülüb-görülmədiyini bilmədiyimiz üçün bir söz deyə bilmərik”.

A.Qeybulla bildirib ki, tromb ağciyər arteriyasında olur. Çünki venoz tromblar yalnız ağ ciyər arteriyasında tromblaşma yarada bilər, onlar beyinə gedə bilməz:

"Yalnız arterial sol mədəcikdə yaranan tromblar beyinə gedə bilər. O da revmatizmdə, ürəkdə endokarbitlərdə, sol mədəcikdə əmələ gələn tromblar yarada bilər. Hər halda patoloji-anatomik diaqnoz olmalıdır. Yalnız bundan sonra demək olar ki, burada nə baş verib”.

A.Qeybullanın sözlərinə görə, əgər həkim xəstənin yaşına uyğun lazımi tədbirləri görübsə, o zaman burada ölümün həkim qüsuru üzündən baş verməsindən söhbət gedə bilməz:

"Bütün bunlar araşdırılır, əlbəttə. Əməliyyat olunan xəstə ilə bağlı müəyyən protokollar var. Xəstənin yaşı, çəkisi, başqa xəstəliklərinin olması və s. faktorları nəzərə alaraq, tromblaşmaya qarşı müxtəlif tədbirlər görülür. Sözügedən tədbirlərin hamısı görülübsə, amma xəstə vəfat edibsə, bu artıq tale məsələsidir”.

Qeyd edək ki, Bakı şəhəri 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də "MediStyle Hospital"da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib. 63 yaşlı Ə.Bayramlı əməliyyatdan 4 gün sonra komaya düşüb və yerləşdirildiyi Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında dünyasını dəyişib.

Əməliyyatı həyata keçirən həkim Ayaz Hümbətov və 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının məlumatına görə, Ə.Bayramlıya beyin ocağında işemik insult diaqnozu qoyulub. Beyində tromblaşma müşahidə edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol