• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil qanununa önəmli dəyişiklik təklif olunur

Təhsil qanununa önəmli dəyişiklik təklif olunur
02.05.2018 12:46
Milli Məclisin (MM) Elm və təhsil komitəsinin mayın 2-də keçirilən iclasının gündəliyinə "Təhsil haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi salınıb.

Anews.az-ın xəbərinə görə, mövcud qanuna təklif olunan dəyişiklikdə göstərilir ki, 14.5.1-ci maddəyə "xüsusi uşaq bağçası” sözləri və "...digər məktəbəqədər təhsil müəssisələri” sözləri əlavə olunsun.

Həmçinin, 18.3-cü maddədəki "üç yaşından” sözlərinin "1-6 yaşlı uşaqları əhatə edir” sözləri ilə əvəzlənməsi təklif olunur.

Adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli adıçəkilən dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin ölkə prezidenti İlham Əliyevin təqdimatı ilə parlamentə göndərildiyini və təklif olunan dəyişikliklərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

O qeyd edib ki, dəyişikliklər həm mövcud təhsil qanununa, həm də ölkənin təhsil ictimaiyyətinə, təhsilin inkişafına öz müsbət töhfəsini verəcək.

Komitə sədri eyni zamanda, ölkədə mətkətəbəqədər təhsil müəssisələrinin, uşaq bağçalarının sayının çoxaldığını, onların müasir standartlara cavab verə biləcək dərəcəyə çatdırılması istiqamətində mühüm addımların atıldığını deyib:

"Ölkə Prezidentin apardığı siyasət, inkişaf sayəsində Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin, uşaq bağçalarının sayı artmaqda, genişlənməkdədir. Bu işlər hər birimizin gözü qarşısındadır.

Təhsil qanunua "Məktəbəqədər təhsil haqqında” qanunun qüvvəyə minməsi ilə bağlı mühüm dəyişikliklərin təklif olunması da bununla- inkişafımızla bağlıdır. Bu dəyişikliklər həm təhsil qanunumuzun zənginləşməsinə, həm də təhsil sahəsinin ikişafına öz töhfəsini verəcək”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol