• $
  • €
  • ₽
  • ₺
  • £

Zaqatalada leysan yağışlar fəsadlar törətdi

Zaqatalada leysan yağışlar fəsadlar törətdi
12.05.2018 13:45
Zaqatalada küləklə müşahidə olunan leysan yağışlar bir sıra fəsadlar törədir.

APA-nın məlumatına görə, mayın 11-i günün ikinci yarısından başlayaraq şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti hökm sürür, aramsız yağış yağır, havanın hərarəti ötən günlə müqayisədə 13 dərəcə aşağı düşüb.

Bölgənin Zaqatala rayonuna isə fasilələrlə küləklə müşahidə edilən leysan yağışları yağıb. Külək nəticəsində Zaqatala şəhərinə yaxın kəndlərin inzibati ərazisində bir sıra yerlərdə ağac budaqları və elektrik naqilləri qırılıb. Axşam saatlarına yaxın Zaqatala Paylayıcı Elektrik şəbəkəsində yüksək gərginlikli yağ açarını ildırım vurub. Nəticədə rayon mərkəzinə və ətraf kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Zaqatala PEŞ-nin əməkdaşlarının səyi nəticəsində baş vermiş qəzalar aradan qaldırılaraq elektrik enerjisinin verilməsi bərpa edilib.

Dağlara yağan leysan yağışları nəticəsində dağ çaylarında suyun səviyyəsi qalxıb. Rayonun ən böyük çayı Tala çayında suyun səviyyəsi qalxması nəticəsində çayın Göyəm kənd inzibati ərazisinin yaxınlığından keçən hissəsində kənd sakini Famil Əmrah oğlu Ramazanovun idarə etdiyi qoşqulu traktor çayda qalıb. Sürücü və traktorun qoşqusunda olan üç nəfər, Göyəm kənd sakinləri Bilal Yəhyə oğlu Əhmədov, Cavid Yəhyə oğlu Əhmədov və Bəxtiyar Bilal oğlu Əhmədov əraziyə cəlb edilmiş Fövqaladə Hallar Nazırliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çaydan çıxarılaraq təhlükəsiz əraziyə aparılıblar.

Qeyd edək ki, hazırda bölgəyə intensiv yağışların yağması davam edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol