• $
  • €
  • ₽
  • ₺
  • £

Bulvarda çimməyə icazə varmı? – VİDEO

Bulvarda çimməyə icazə varmı? – VİDEO
12.05.2018 09:45
Sumqayıt şəhər bulvarı ərazisində çimənlər var.

Anews.az xəbər verir ki, bununla bağlı "Xəzər Xəbər”in votsap nömrəsinə video-görüntü göndərilib.

İddia olunub ki, bir neçə nəfər ictimai yerdən dənizə girib və çimib. Bəs görəsən bulvar ərazisində çimməyə icazə varmı?

Məlumata görə, bu məsələ şəhər ictimayətinin nümayəndələri tərəfindən də yaxşı qarşılanmayıb. Bulvarın ailəvi istirahət məkanı olduğunu deyən sakinlər bu cür hallara yol verilməməli olduğunu bildiriblər.

Məsələ ilə bağlı Sumqayıt şəhər Dənizkənarı Bulvar İdarəsindən "Xəzər Xəbər”ə bildirildi ki, təqdim olunan video-görüntü həqiqəti əks etdirmir. Bulvar ərazisi günün 24 saatı mühafizə olunur.

Çimərliyə çıxan hissədən sakinlər yalnız gəzinti məqsədilə istifadə edə bilərlər. O ki qaldı video-görüntüdə göstərilənlərə, bildirilib ki, onlar həmin hissədə təmir-bərpa işi həyata keçirən ustalardır.

Ümumiyyətlə, bulvar ərazisində heç kəsin dənizə girməsinə icazə verilmir. İcazəsiz girən vətəndaşlar olarsa, onlara qarşı tədbirlər görüləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol