• $
  • €
  • ₽
  • ₺
  • £

Sevil Gültəndən Prezidentə müraciət: Məni xilas edin!

Sevil Gültəndən Prezidentə müraciət: Məni xilas edin!
16.05.2018 15:28
Tanınmış tərcüməçi, şair Sevil Gültən (Nuriyeva Sevil Məmməd qızı) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, I vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova müraciət edib.

Kult.az xəbər verir ki, o, müraciətində daimi iş yerinin olmadığını və kirayədə yaşadığını bildirib.

Tərcüməçi qeyd edib ki, 20 ilə yaxındır tərcümə sahəsində fəaliyyət göstərir və həm ingilis dilindən Azərbaycan dilinə, həm də Azərbaycan dilindən ingilis dilinə tərcümələr edir:

"Bu vaxta qədər Azərbaycan dilindən ingilis dilinə ən azı 50 kitabı çevirmişəm. Bundan başqa, tərcümə etdiyim hekayələr portallarda, qəzet və dərgilərdə çap olunub”.

S.Gültən müraciətində maddi çətinliyinə diqqət çəkib:

"2003-cü ildə həyat yoldaşımı itirdim, iki qızımı təkbaşına böyütdüm. Kiçik qızımın 25 yaşı var. Gözündə anadangəlmə qüsur var, 3-cü qrup əlildir. Yəqin ki, kirayədə yaşayanlar, övladlarını təkbaşına böyüdən analar məni yaxşı başa düşər”.

Tərcüməçi qeyd edib ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində və ya AYB-dəki Bədii Tərcümə Mərkəzində işləmək istəsə də, bu istəyi baş tutmayıb.

S.Gültən Prezident İlham Əliyevin təşəbbüsü ilə şairlərə, yazıçılara ömürlük təqaüdlərin verildiyini, jurnalistlərə ev bağışlandığını xatırladıb:

"Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Prezidentin yazıçı-şairlərə, jurnalistlərə qayğısı göz qabağındadır. Çox istərdim ki, bu məsələdə tərcüməçilər də unudulmasın. AYB-nin təqdim etdiyi 4 nəfərə dövlət başçısı bu yaxınlarda ev bağışladı. Ümid edirəm ki, ədəbiyyat, tərcümə sahəsindəki xidmətlərimə görə mən də evlə, işlə təmin olunacağam.

İnanıram və ümid edirəm ki, Cənab Prezident çəkdiyim əziyyəti, kirayədə yaşamağımı, uzun illər təkbaşına iki qız övladı böyütməyimi nəzərə alıb, məni kirayə yaşamağın çətinliyindən xilas edəcək”.

Qeyd edək ki, Sevil Gültən 1961-ci il aprelin 22-də Zərdab rayonunda anadan olub. O, "Küsüb getmək istəyirəm dünyadan”, "Ürəyimin göz yaşları” adlı şeir, "Uşaqlıq illərimin şəkiləri” adlı esselər kitabının müəllifidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol