• $
  • €
  • ₽
  • ₺
  • £

İTV-də köklü islahat: ciddi proses başladı

İTV-də köklü islahat: ciddi proses başladı
17.05.2018 12:24
İTV-nin baş direktoru vəzifəsini icra edən Balakişi Qasımov kanalda ciddi dəyişikliklərə start verib.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə və bir çox media orqanlarında yayılan məlumata əsasən, rəhbərliyin dəyişməsilə müəyyən struktur islahatları həyata keçirilir: bəzi verilişlərin bağlanması, yeni layihələrin işlənməsi üçün hazırlıqlar başlayıb.

Bildirilir ki, əsas məqsəd İTV-də neqativliyə son qoymaq, daha şəffaf bir mühit yaratmaqdır. B.Qasımovun İTV-nin nüfuzunu qaldırmaq üçün ciddi tapşırıqlar verdiyi və aktiv fəaliyyət göstərdiyi də iddia edilir.

Yayılan məlumatlarla bağlı Axar.az-a açıqlama verən İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai Yayım Şurasının üzvü Azər Həsrət bildirib ki, İTV-də keyfiyyət dəyişiklikləri olacaq:

"Amma indi heç bir mənbəyə istinad edilmədən yayılan xəbərləri şərh edə bilmərəm. Çünki mən Yayım Şurasının iclasında ayın 11-də olmuşam, ondan sonra hər hansı müzakirə və görüşümüz olmayıb. Orda nələrinsə baş verməsindən də xəbərim yoxdur”.

Maraqlıdır ki, İctimai TV-nin mətbuat katibi vəzifəsi hələ də boşdur. Üstəlik, mövcud telefonlar zəng qəbul etmədiyi üçün kanaldan yayılan məlumatlara münasibət öyrənmək mümkün olmadı.

Qeyd edək ki, may ayının 11-də İTV-nin baş direktoru Cəmil Quliyev kanalın Yayım Şurasına səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı rəsmi müraciət edib və müzakirədən sonra C.Quliyevin xahişi nəzərə alınıb.

Hazırda İTV-nin baş direktoru vəzifəsini müvəqqəti olaraq Balakişi Qasımov icra edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol