• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni nazirlərin işdən çıxardığı mətbuat katibləri – SİYAHI

Yeni nazirlərin işdən çıxardığı mətbuat katibləri – SİYAHI
18.05.2018 14:12
Prezident İlham Əliyev bir ay öncə hökumətin yeni tərkibini müəyyən etdi.
 
Nazirlər Kabinetinin yeni tərkibində dörd yeni nazir, üç komitə sədri, iki xidmət rəisi yer aldı. Baş nazir, Baş nazirin üç müavini, üç nazir, üç komitə sədri və iki xidmət rəisi isə vəzifələrini itirdilər.
 
Yeni nazirlər və komitə sədrləri bir aydır fəaliyyətə başlasalar da, artıq kadr islahatlarına start veriblər. Maraqlı məqam ondan ibarətdir ki, yeni nazirlərin ilk olaraq işdən çıxardığı məmurlar arasında keçmiş nazirlərin yüksək vəzifə tutan yaxın qohumları və nazirliklərin mətbuat katibləri yer alıblar.
 
AZXEBER.COM yeni nazir və komitə sədrlərinin işdən çıxardığı mətbuat katibləri ilə bağlı kiçik araşdırma aparıb.
 
Araşdırma nəticəsində məlum olub ki, üç nazirliyin, iki dövlət komitəsinin, bir dövlət xidmətinin mətbuat katibləri vəzifədən azad edilərək, yeniləri ilə əvəz ediliblər.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elman Babayev yeni nazir Sahil Babayevin sərəncamı ilə vəzifədən azad olunub. Nazirliyin mətbuat katibi təyinatına qədər Dövlət Sosial Müdafiə Fondunda mətbuat katibi, "Kaspi” qəzeti və Trend informasiya agentliyində müxbir kimi çalışan E.Babayevin yerinə müvəqqəti olaraq qurumun müdir müavini Pərviz Cəfərov təyin olunub.

 

 
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev yeni nazir İnam Kərimovun sərəncamı ilə vəzifədən azad olunub. Nazirliyin mətbuat katibi təyinatına qədər bu nazirlikdə müxtəlif vəzifələrdə - Elm, təhsil baş idarəsində şöbə müdiri, Təbliğat şöbəsinin rəisi vəzifələrində çalışan M.Hacıyevi bu vəzifədə "ASAN Xidmət” də mətbuat katibi Anar Hüseynov əvəz edib.
 


 


Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova yeni komitə sədri Fuad Muradovun sərəncamı ilə vəzifədən azad edilib. Nazirliyin mətbuat katibi təyinatına qədər müxtəlif televiziyalarda, o cümlədən ANS telekanalında çalışan E.Xəlilovanı bu vəzifədə həmkarı, tanınmış teleaparıcı Vəsilə Vahidqızı əvəz edib.
 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əməkdaşlıq, İctimiayyət və Mətbuat Xidməti Departamentinin direktoru Elçin Qədimov yeni komitə sədri Rövşən Rzayevin sərəncamı ilə vəzifədən azad edilib. Mətbuata kifayət qədər qapalı olan keçmiş mətbuat katibinin bundan öncəki fəaliyyəti ilə bağlı heç bir məlumat yoxdur. Onu bu vəzifədə tanınmış jurnalist və teleaparıcı İbrahim Mirzəyev əvəz edib.
 


Səhiyyə naziri Oqtay Şirəliyev Nazirlər Kabinetinin yeni tərkibində yer alsa da, nazirliyin Mətbuat Xidmətinin rəhbəri Liya Bayramovanı vəzifədən azad edib. Mətbuat katibi təyinatına qədər "Zerkalo” qəzetində şöbə müdiri işləyən L.Bayramova media camesində daha çox rusdilli jurnalist kimi tanınıb. Hazırda onun yerinə təyinat olmasa da, müvəqqəti olaraq Mətbuat Xidmətinə qurumun əməkdaşı Səfayə Əhmədova rəhbərlik edir.
 
 
 
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yeni kabinetdə yer alsa da, qurumun Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Aynur Kərimova öz ərizəsi ilə vəzifədən çıxarılıb. Paralel olaraq Bakı Dövlət Universitetində çalışmış filologiya üzrə fəlsəfə doktoru Aynur Kərimova hazırda BDU-da Televiziya və radiojurnalistikası kafedrasının müdiridir. Onu bu vəzifədə "BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri vəzifələrində çalışmış Mənsur Piriyev əvəzləyib.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol