• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili: "Qəbul sadələşdirilməlidir"

Millət vəkili: "Qəbul sadələşdirilməlidir"
24.05.2018 15:14
Millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva məktəblərdə dərs yükünün ağır olmasından narazıdır.

Anews.az-ın xəbərinə görə, millət vəkili bu yöndə narazılığını Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında dilə gətirib.

Millət vəkili deyib ki, bu məsələ cəmiyyətdə də ciddi müzakirə olunmaqda və narazılıqlar yaratmaqdadır:

"Ona görə hesab edirəm ki, orta məktəblərdəki dərs yükü sadələşdirilməlidir. Dərsliklərin vəziyyəti olduqca bərbaddır. Bir dəfə demişəm, indi də deyirəm ki, dərsliklər daha çox orta məktəb müəllimlərinin özləri tərəfindən yazılmalıdır. 

Bu, daha xeyirli və effektli olar. Bununla yanaşı, rus məktəblərindəki ədəbiyyat fənni üzrə dərsliklər çox bərbad vəziyyətdədir. Başa düşmək olmur ki, oradakı şeirlər, hekayələr haradan götürülüb, kimlər tərəfindən yazılıb?! Nə başı var, nə ayağı. Uşaqlar çox əziyyət çəkirlər. Bunlar təcili aradan qaldırılmalıdır”.

Millət vəkili Pərvin Kərimzadə isə təklif olunan dəyişiklikləri müsbət saydığını və dəstəklədiyini bildirib:

"Hesab edirəm ki, ali məktəblərə qəbul sadələşdirilməlidir. Bu, heç də test üsulunun aradan qaldırılması demək deyil. Bu, mütərəqqi üsuldur. Düşünürəm ki, qəbul sadələşdirilməlidir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol