• $
  • €
  • ₽
  • ₺
  • £

DTX-dan əməliyyat: jurnalist həbs olundu

DTX-dan əməliyyat: jurnalist həbs olundu
24.05.2018 15:12
Ağdam rayonunda məktəb direktorunun evinin həyətində silah-sursat basdıran şəxslərlə bağlı maraqlı məlumatlar üzə çıxıb.

Anews.az lent.az-a istinadən xəbər verir ki, bu il fevralın 9-da Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi daxil olmuş əməliyyat məlumatı əsasında birgə əməliyyat-axtarış tədbirləri həyata keçirib və 1-ci Yüzbaşlı kənd sakini, həmin kənddəki məktəbin direktoruPolad Zeynalovaməxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd - "İJ” və "TOZ-8” markalı tüfənglər, 1 ədəd "Naqan” markalı tapança, 2 ədəd "F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı əməliyyat məlumatının hüquq-mühafizə orqanlarına qəsdən ötürüldüyü, silah-sursatın Polad Zeynalova məxsus olmaması məlum olub. Araşdırmalar nəticəsində məlum olub ki, P. Zeynalovun həyətindən aşkarlanan silah-sursat, kənd məktəbində müəllim işləyənVüsal Əliyev, onun bacısının həyat yoldaşı rayonun Baharlı kənd sakiniRizvan MirzəliyevvəElnur Vaqifoğlutərəfindən basdırılıb.

Bildirilir ki, bir müddət əvvəl Yüzbaşı kənd məktəbinin direktoru vəfat edib və onun yerinə oğlu Polad Zeynalov təyin edilib. Bundan sonra məktəbin direktoru ilə orada müəllim işləyən Vüsal Əliyev arasındakı əvvəldən gərgin olan münasibətlər daha da gərginləşib. Ədavət zəminində V.Əliyev direktorun həbs edilməsinə çalışıb və dostu Elnur Vaqifoğlu ilə birgə plan hazırlayıblar. Bu işdə onlara V.Əliyevin bacısının həyat yoldaşı Rizvan Mirzəliyev də kömək edib və onlar əldə etdikləri silah-sursatı gizli yolla Polad Zeynalovun evinin həyətində basdırıblar. Daha sonra bu barədə hüquq-mühafizə orqanlarına məlumat ötürülüb.

Məlumata görə, direktorun işdən çıxarılması və həbs edilməsi üçün planın əsas müəllifi olan Elnur Vaqifoğlu bölgədə jurnalist kimi tanınır və bir neçə saytın rəhbəridir. Onun barəsində mətbuatda daha çox xoşagəlməz məlumatlara rast gəlinir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava açılanıb
Cəmiyyət 11:25
Faktiki hava açılanıb
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol