• $
  • €
  • ₽
  • ₺
  • £

“Deputatın qızı iynəni arvadımın qarnında saxlamışdı” - FOTO

“Deputatın qızı iynəni arvadımın qarnında saxlamışdı” - FOTO
01.06.2018 15:59
Sabirabad rayon sakini Vüsalə Abdullayeva qeysəriyyə əməliyyatı zamanı həkim səhlənkarlığına məruz qaldığını iddia edib. Bu barədə "Qafqazinfo”ya onun həyat yoldaşı Müşfiq Əhədov məlumat verib.

O qeyd edib ki, 2016- cı ilin iyun ayında həyat yoldaşı Sabirabad rayon doğum evində qeysəriyyə əməliyyatı olub:

"Əməliyyatı ginekoloq Günay Xəlilova edib. Bir neçə aydan sonra yoldaşımın vəziyyəti pisləşdi. Biz bir neçə həkim müayinələrində olduq. Səhhətinin pisləşməsinin səbəbi tapılmırdı. Fevral ayında Bakı Medical Hospitalda analiz verdik. Nəticədə yoğun bağırsaqda səpkilər olduğu üzə çıxdı. Rentgen müayinəsində müəyyən olundu ki, qeysəriyyə əməliyyatı zamanı həkim tikiş iynəsini içəridə qoyub. Leyla Şıxlinskaya klinikasında həkim Rəşad Babayev tərəfindən yoldaşım təkrar əməliyyat olundu və içəridə qalmış iynə çıxarıldı. Biz bundan sonra Günay Xəlilova ilə əlaqə saxladıq və əməliyyat zamanı səhvə yol verdiyini dedik. Bu işdə bizə köməklik etməsini, dəyən ziyanı ödəməsini və məsuliyyətini dərk etməsini xatırlatdıq. Ancaq o, bütün vasitələrlə məsuliyyətdən yayındı. Günay Xəlilova cərraha da təzyiqlər göstərməyə başladı. Onu işdən çıxaracağı ilə hədələdi. Günay Xəlilova atasının deputat səlahiyyətlərindən istifadə edərək hər kəsi hədələyir və bizə köməklik göstərmir. Məsələ ilə bağlı Sabirabad rayon Prokurorluğuna ərizə ilə müraciət etmişəm. Bildirim ki, Günay Xəlilova hazırda Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda işləyir”. 

"Qafqazinfo” məsələ ilə bağlı G. Xəlilova ilə əlaqə saxlayıb. O bildirib ki, qarşı tərəfin iddiaları yalandır: "Mən həkim adamam, onlara ayıracaq vaxtım yoxdu. Ürəyiniz necə istəyir, elə də yazın. Başdanxarab adamlardır, nəyəsə, kiməsə güvənirlər. Nə eləmək istəyirlərsə, gedib etsinlər. Mən də insanam, o qədər öhdəliklərim var. Onlar axı kimdir ki, mən onlara görə bu qədər əsəb keçirtməliyəm?”

G.Xəlilova rəsmi qurumların məsələ ilə bağlı araşdırma apardığını deyib:

"Mən əməliyyat zamanı pasiyentin qarnının içində iynə qoymamışam. Sonradan onları müayinəyə çağırdım, gəlmədilər. Kiminlə, nə uydurublarsa, özlərinin problemidir. Bu işlə bağlı dövlət qurumları – prokurorluq, ekspertiza, nazirlik məşğul olur. Mən həmkarım Rəşid Babayevlə də əlaqə saxlamışam. O, əməliyyat zamanı iynə çıxartdığını demədi. Bu adamların isə nəyə əsaslanıb belə dediklərini bilmirəm. Mən artıq bu problemdən yorulmuşam, başqa işlərim var”. 

Qeyd edək ki, G. Xəlilova Milli Məclisin deputatı Mirzəcan Xəlilovun qızıdır.
 





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol