• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı İŞİD komandiri öldürüldü

Azərbaycanlı İŞİD komandiri öldürüldü
02.06.2018 16:44
Suriyanın şimalında, Türkiyənin hərbi iştirakının olduğu və "Əl-Nüsra Cəbhəsi”nin nəzartində olan (indiki adı "Heyet Tahrir’uş Şam”) İdlib bölgəsində azərbaycanlı İŞİD komandiri öldürülüb. Bu məlumatı türkdilli "İslahHaber.net” portalı yayıb. Həmin İŞİD komandirinin "Heyet Tahrir’uş Şam” qruplaşmasının üzvləri ilə atışmada öldürüldüyü bildirilir.

Mənbə bildirir ki, son vaxtlar "Heyet Tahrir’uş Şam” qruplaşmasının nəzarətində olan "azad bölgədə” bu qruplaşmanın üzvlərinə qarşı bomba yüklü motosikletlərlə, yollara mina basdırımaqla və digər üsullarla çoxsaylı sui-qəsdlər təşkil edilib. Nəticədə onlarla adam ölüb, çoxlu sayda yaralanıb. Sui-qəsdləri həyata keçirilənlərin bəziləri yaxalanıb və şəriət məhkəməsinə çıxarılıb. Onların ifadələri əsasında həmin sui-qəsdlərin arxasında İŞİD və Bəşər Əsəd rejimini dəstəkləyən qüvvələr olduğu müəyyənləşib.
"Bu səbəbdən azad bölgədə xalqın əmin-amanlığını təmin etmək üçün "Heyet Tahriru’ş-Şam” vaxtaşırı olaraq təhlükəsizlik əməliyyatları həyata keçirməkdədir”-"Əl-Qaidə” terror şəbəkəsinin Suriyadakı "filialı” olan "Əl-Nüsra Cəbhəsi”inə açıq simpatiya ifadə edən türkdilli sayt yazır.

Sayt "Hey’et Tahriru’ş-Şam”a bağlı "təhlükəsizlik xidmətinin” rəhbəri "Üsəma Xalid” adlı terrorçuya istinadən bildirir ki, sui-qəsdlərə görə ələ keçirilən bir nəfərin ifadəsi əsasında İdlibin qərbində yerləşən Salkın qəsəbəsində İŞİD-in nəzarətində olan gizli düşərgə müəyyən edilib. Həmin düşərgəyə "Heyet Tahrir’uş Şam” qruplaşması tərəfindən bir neçə gün əvvəl basqın edilib və bu zaman atışmada İŞİD-in sui-qəsdlər üzrə ixtisaslaşmış bir neçə yüksək rütbəli komandiri öldürülüb.

Öldürülənlər arasında bu günlərdə İdlibdə sui-qəsd əməliyyatları həyata keçirən Azərbaycan əsilli İŞİD komandiri "Əbu Camal Azəri” də yer alır. Sayt həmin İŞİD terrorçusunun cəsədinin fotosunu da dərc edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol