• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda da inqilab başladı – VİDEO

Qarabağda da inqilab başladı – VİDEO
03.06.2018 10:07
işğal altındakı Dağlıq Qarabağda, Xankəndində ötən gün yerli xüsusi xidmət orqanlarının xüsusi təyinatlıları tərəfindən iki nəfərin xüsusi qəddarlıqla döyülməsi spontan kütləvi aksiyalara səbəb olub. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, xüsusi təyinatlıların qrupu iki nəfər arasında davaya qarışıb və onları bərk döyüb.

Döyülənlər xəstəxanaya yerləşdirilib. Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq "milli təhlükəsizlik xidmətinin” xüsusi təyinatlılarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Toplaşanlar yolu bağlayıblar və saatlarla nəqliyyatın hərəkətini dayandırıblar.

Bildirilir ki, Dağlıq Qarabağın "milli təhlükəsizlik xidməti”nin xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldur, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərir.

Vəziyyətin getdikcə gərginləşdiyini görərək etirazçıların qarşısına qondarma "DQR hökumətinin” yüksək vəzifəli nümayəndələri çıxıblar. Onlar etirazçıları əmin etməyə çalışıblar ki, "prezident” Bako Saakyan günahkarları cəzalandıracaq. Lakin toplaşanlar dağılışmayıblar və yolu açmayıblar. Nəhayət bir neçə saat sonra etirazçıların 9 nəfərdən ibarət nümayəndələrini Saakyan qəbul edib. Onlara hadisənin araşdırılacağı və günahkarların cəzalandırılacağı sözü verilib. Bundan sonra etirazçılar dağılışıblar və bu gün saat 11-ə qədər hakimiyyətə vaxt veriblər.

Qarabağda da inqilab başladı

Erməni ekspert Tiqran Karapetyan Facebook-da yazıb ki, Qarabağdakı "hakimiyyətin” başçısı Bako Saakyan Ermənistanda Serj Sərkisyanın aqibətini yaşaya bilər. Çünki Dağlıq Qarabağda da rejim hər cür qanunsuzluqlarla məşğuldur. Lakin onun bildirdiyinə görə güc strukturlarının rəhbərləri Bako Saakyana təzyiq edirlər ki, etirazçılara güzəştə getməsin. Çünki bu kapitulyasiya deməkdir.



"Soros” fondu ilə bağlı olan amerikalı ekspert Coşua Kuçera da Dağlıq Qarabağda baş verənləri şərh edib. Onun sözlərinə görə, insanlar Ermənistanda baş verənlərdən ruhlanıblar və Nikol Paşinyanın taktikası ilə hərəkət edirlər-mərkəzi yolları, küçələri bağlayırlar. "Etirazlar bütün Qafqazı bürüyəcək”-Kuçera özünün Tvitter-bloqunda yazıb.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol