• $
  • €
  • ₽
  • ₺
  • £

Korrupsioner məmur Azərbaycana keçmək istədi

Korrupsioner məmur  Azərbaycana keçmək istədi
03.06.2018 11:44
Qonşu Dağıstanda casus-döyüş filmlərini xatırladan hadisələr baş verir. Virtualaz.org xəbər verir ki, Dağıstanın tibbi-sosial ekspertiza Bürosunun rəhbəri, respublika parlamentinin deputatı Maqomed Maxaçev mayın 31-də işdən azad edilib. Maxaçev həmin Büroya 2013-cü ildən başçılıq edirdi və hüquq-mühafizə orqanları onun saxta sənədlərlə yüzlərlə dağıstanlıya əlillik statusu verdiyini, nəticədə Rusiyanın Dövlət Pensiya Fonduna on milyonlarla rubl ziyan vurdğunu müəyyən ediblər.

Həmin gün onun evinə qəfildən güc strukturlarının əməkdaşları gedib, amma Maxaçevi evdə tapıb həbs etmək mümkün olmayıb. Məlum olub ki, korrupsioner məmur həbsdən yayınmaq üçün dağlara qaçıb.

Dağıstan KİV-lərinin yazdığına görə Maqomed Maxaçev beş illik fəaliyyəti ərzində həkimlərdən, tibb bacılarından, ekspertlərdən, başçılıq etdiyi büronun əməkdaşlarından və digərlərindən ibarət mütəşəkkil qruplaşma yaradıb. Həmin qruplaşma ildə yüzlərlə Dağıstan sakininə rüşvətlə saxta əlillik statusu verib. Deyilənlərə görə Maxaçevin sayəsində Dağıstanda sakinlərinin az qala hamısı əlil statusu daşıyan kəndlər yaranıb.

Korrupsioner məmur həbsdən yayınmaq üçün dağlara qaçdı, Azərbaycana keçmək istəyir


İstintaqın hesablamalarına görə Maxaçevin əməlləri sayəsində Pensiya Fonduna 24-27 milyon rubl ziyan dəyib. Bu, təkcə 2017-ci il üçün olan rəqəmdir. Maxinasiyalarla bağlı 5 maddə ilə cinayət işi qaldırılıb. Mayın 31-də güc strukturlarının əməkdaşları əllərində Maxaçevin həbsi barədə orderlə onun Mahaçqaladakı evinin qapısını döyüblər. Lakin məlum olub ki, Maxaçev onların gəlişindən cəmi bir neçə dəqiqə əvvəl evi tərk edə bilib.

Müəyyən olunub ki, Maxaçev öz avtomobilində tələsik Mahaçqalanı tərk edib və doğma kəndinə- Tlyaratinsk rayonunun Mahaçqaladan 300 kilometr məsafədə yerləşən Qindib kəndinə doğru gedir. Güc strukturlarının əməkdaşları 20 avtomobillə onun dalınca düşüblər, amma kəndə çatanda məlum olub ki, Maxaçev orada da yoxdur və dağlara qaçıb.

Korrupsioner məmur həbsdən yayınmaq üçün dağlara qaçdı, Azərbaycana keçmək istəyir


"Komsomolskaya pravda” qəzetinin Dağıstan əlavəsinin yazdığına görə hazırda Qindib kəndinin ətraflarında və yaxınlıqdakı meşələrdə xüsusi təyinatlıların iştirakı ilə Maxaçevin axtarışları gedir. Habelə Maxaçevin evinin yaxında xüsusi təyinatlılar növbə çəkir. Bildirilir ki, onun çoxsaylı qohumları, tayfasının üzvləri də Maxaçevi dəstəkləmək üçün evinin ətrafına toplaşıb. İstintaq hesab edir ki, dağlara yaxşı bələd olan Maxaçev Rusiya-Azərbaycan sərhədinə tərəf gedib və Azərbaycana keçməyi planlaşdırır.

Maxaçevin işi üzrə 200-ə yaxın şəxs şübhəli qismində istintaqa cəlb olunub. Həmin cinayət işi üzr bir neçə həftə əvvəl Tibbi-Sosial Ekspertiza Bürosunun bir neçə əməkdaşı həbs edilmişdi. Daha sonra istintaq Maxaçevin özünü də həbs etməyi qərara alıb, amma onu yaxalamaq mümkün olmayıb.

Korrupsioner məmur həbsdən yayınmaq üçün dağlara qaçdı, Azərbaycana keçmək istəyir


Bildirilir ki, Dağıstanda saxta arayışlarla əlilik statusunun verilməsi Maxaçevdən əvvəl də geniş yayılmışdı. Nəticədə xalq arasında Dağıstana "idmançılar və əlillər diyarı” adı verilmişdi. Maxaçev də vəzifəyə təyin olunandan sonra bu ənənəni davam etdirib. Bir neçə il əvvəl onun fəaliyyəti barədə araşdırmalar aparılsa da deputat-məmur Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovla yaxınlığı sayəsində məsuliyyətdən kənarda qala bilib.(virtualaz.org)
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol