• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən sürücülərə müraciət

Yol polisindən sürücülərə müraciət
04.06.2018 11:35
Bakıda iyunun 5-9 tarixlərində keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyi diqqət mərkəzindədir.

Bakı şəhər Baş Polis İdarəsinin BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Axar.az-a bildirib ki, Səbail rayonu, Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər avtomobillərin hərəkəti tam məhdudlaşdırılmadan, dəyişiklik edilməklə, hərəkət yolun sağ zolağı istiqamətində nəzərdə tutulub: "Yarış iştirakçılarının təhlükəsizliyinin mühafizəsi məqsədi ilə yol iki hissəyə bölünməklə sürət həddi 30-50 km müəyyən olunub. Ərazi üzrə müvafiq yol nişanları quraşdırılıb və istiqamətverici xətlərlə hərəkət tənzimlənir. Səbail rayonunun "Şıx sahəsi” ərazisində, "Dostluq parkı”da yoxlanış-buraxılış-keçid hissələri tam nəzarətə götürülməklə polis əməkdaşları tərəfindən mühafizə olunur.

Qeyd edilən ərazilər üzrə yarışların startı verilən andan etibarən paytaxtın Şimal tərəfindən giriş və çıxışı digər yolla tövsiyyə olunur. Bibiheybət məscidindən Şimal istiqamətində sünü sıxlığın yaranmaması üçün 20-ci sahə dairəsindən dağüstü yolla – Badamdart qəsəbəsindən keçməklə Mikayıl Müşfiq küçəsi ilə III kənar dairəvi yolla, Şimaldan paytaxt mərkəzinə doğru hərkət edənlər Lökbatan dairəsindən III kənar dairəsi yolla Yasamal rayonu ərazindən qeyd edilən yolla hərəkət edə bilər.

Dünya çempionatının yüksək təhlükəsizlik səviyyəsində təşkili və keçirilməsi məqsədilə hazırlıq işlərinin gedişi, qonaqların qarşılanması və yerləşdirilməsi üzrə işlər planlı və qarafikə uyğun davam etdirilir.

Sürücülərdən və avtomobil sahiblərindən bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və ictimai nəqliyyata üstünlük versinlər”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol