• $
  • €
  • ₽
  • ₺
  • £

150-yə yaxın sürücü məsuliyyətə cəlb edildi

150-yə yaxın sürücü məsuliyyətə cəlb edildi
04.06.2018 17:16
Son 4 gün ərzində Bakıda təyin edilmiş müddətdə texniki baxışdan keçməyən 150-yə yaxın avtomobil sürücüsü inzibati məsuliyyətə cəlb edilib.

Anews.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, inzibati məsuliyyətə cəlb edilənlər arasında 30-dan artıq avtobus, 25-dək yük avtomobili sürücüsü var. Bölmə rəisi əlavə edib ki, ötən ildən texniki baxışdan keçməyən 19 sürücü inzibati məsuliyyətə cəlb olunub.

O xatırladıb ki, yük və avtobus tipli avtomobillər hər il texniki baxışdan keçməlidir: "İlin əvvəlindən mayın 1-dək MDB istehsallı avtomobillər, mayın 1-dən noyabrın 1-dək isə digər xarici ölkə istehsalı olan avtomobillər texniki baxışdan keçməlidir".

V.Əsədov bir daha sürücüləri avtomobillərini texniki baxışdan keçirməyə çağırıb: "Bir daha xatırladırıq ki, texniki baxışdan təyin edilmiş müddət ərzində keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir. Avtomobillərin texniki baxışı Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində həyata keçirilir".

Polis polkovniki qeyd edib ki, texniki baxışdan keçməməyə görə cərimələnən sürücülər texniki baxışa getməzdən əvvəl təyin edilən cərimə məbləğinin ödənilməsini də təmin etməlidirlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol