• $
  • €
  • ₽
  • ₺
  • £

Səlim Müslümov danışdı: "Şərəfimlə, namusumla işləmişəm"

Səlim Müslümov danışdı: "Şərəfimlə, namusumla işləmişəm"
05.06.2018 14:36
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən azad olunduqdan sonra barəsində yazılanlara münasibət bildirib. 

Anews.az xəbər verir ki, o, "unikal.org”a açıqlamasında deyib ki, bəzi KİV-lərdə haqqında mənfi fikirlər səsləndirilir və hesab edir ki, yazılanlar həqiqətə uyğun deyil: "Mən, hər zaman şərəflə, namusla işləmişəm. Vəzifədə olduğum müddətdə əlimdən nə gəlibsə, etmişəm. Allah cənab Prezidentin canını sağ eləsin. Neçə illər mənə ehtimad göstərdi. İndi məsələhət oldu ki, vəzifədən gedim. Bu, Prezidentin səlahiyyətində olan məsələdir və müzakirə olunmur. Mənə elə gəlir ki, harada olmağımızdan asılı olmayaraq əlimizdən gələni xalqımız üçün etməliyik. Biz hansı müddət ərzində vəzifədə olmuşuqsa, Prezidentin tapşırdığı vəzifələri icra etməliyik. Mən də hər zaman Prezidentin tapşırığını yerinə yetirmişəm. Çalışmışam ki, mənə göstərilən etimadı yüksək səviyyədə doğruldum”.

Sabiq nazir yeyinti ittihamlarına da cavab verib. O bildirib ki, bu barədə səslən fikirlər də böhtan xarakterlidir: "Fondun büdcəsi cəmi 3.4 milyard manatdır. Bunun 97-98 faizi pensiya ödənişinə sərf olunub. Bu pullar necə itə bilər? Bu pullar da Maliyyə Nazirliyindən köçürülür. Həmin vəsaitin bir qara qəpiyi də başqa yerə köçürülə bilməz. Sözügedən məsələni maliyyəçilər daha yaxşı başa düşər”.

S.Müslümov onu da nəzərə çatdırıb ki, hazırda elmi fəaliyyətlə məşğuldur: "Özüm professor, iqtisad elmlər doktoruyam. Elmdən dövlət idarəçiliyinə gəlmişdim. Artıq idarəçilikdə deyiləm və yenə də elmi işlərimlə məşğulam” – deyə sabiq nazir bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol