Qaydaları pozan 15 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 6-sı Pakistan, 6-sı Türkiyə, 2-si Moldova və 1-i Filippin vətəndaşı olmaqla, ümumilikdə 15 nəfər əcnəbi saxlanılıb.
DMX-dan anews.az-a verilən məlumata görə, saxlanılmış Pakistan və Moldova vətəndaşlarının Azərbaycan ərazisində qanunsuz əmək fəaliyyəti (səyyar ticarət) ilə məşğul olduqları məlum olub.
Türkiyə və Filippin vətəndaşlarının isə ölkədə miqrasiya (olma və yaşama) qaydalarını pozduqları müəyyənləşib.
Saxlanılmış əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























