• $
  • €
  • ₽
  • ₺
  • £

Arif Rəhimzadə: “...biz xalq düşməni deyilik”

Arif Rəhimzadə: “...biz xalq düşməni deyilik”
05.06.2018 17:00
"Sovet hakimiyyətinin yaxşı işləri də olub. O dövrdə xidməti olan insanların adına indi kənd olması qəbahət deyil ki... Biz də sovet dövründə işləmişik, xalq düşməni deyilik. Bu məsələyə diqqətlə yanaşmaq lazımdır”.

Modern.az-ın məlumatına  görə, bunu Milli Məclisinin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında15 rayonunun kəndlərinin adının dəyişdirilməsini nəzərdə tutan layihənin müzakirəsi zamanı komitə sədri Arif Rəhimzadə deyib.

"Məsələn, Göygöl rayonunun Mixaylovka kəndinin adının dəyişdirilməsini təklif edirlər. Deyirlər ki, orada ruslar yaşamır. Amma bu, tarixdir axı... 1845-ci ildə Azərbaycan Rusiyanın tərkibində olanda rusları bu kəndə sürgün ediblər. Onlar öz xoşu ilə gəlməyiblər ki.. Bundan başqa, hansısa kəndə Çəmənli adının verilməsini təklif edirlər. Bunun hansı tarixi əsası var? Mixayılovka deyəndə bilinir ki, söhbət nədən gedir”.

Bununla yanaşı, A.Rəhimzadə etiraf edib ki, Sovet hakimiyyəti Azərbaycan xalqına divan tutub:

"...Sovet hakimiyəti Azərbaycan xalqına divan çəkdi… Amma sovet hakimiyyətinin yaxşı işləri də olub, axı?! Sovet hökuməti Azərbaycan dövlətini qurdu. Düzdür, biz həmin dövlətlə bağlı müəyyən məsələlərdə razılaşmırıq, onu qəbul etmirik, amma o dövlətin yaxşı işlərini də görməliyik. Hamımız sovetlər dövrünün adamlarıyıq, o dövrdə işləmişik, oxumuşuq, indi "xalq düşməni” olmalı deyilik ki?! Məsələn, Xanlar Səfərəliyevin şərəfinə, xatirəsinə hörmət əlaməti olaraq, sovetlər dövründə "Xanlar” adlı bölgə, kənd adları olub. İndi o kommunist olduğu üçün onun adını daşıyan kəndin adı dəyişməlidir? Bu, nə yanaşmadır? Burada”Çəmənli” sözü işlədildi. Biri mənə izah etsin ki, "Çəmənli” olanda nə dəyişəcək? Hesab edirəm ki, bütün adları dəyişmək olmaz. Bu, düzgün yanaşma sayılmamalıdır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol