• $
  • €
  • ₽
  • ₺
  • £

Həbs edilən sabiq icra başçısı ilə bağlı - Yeni xəbər

Həbs edilən sabiq icra başçısı ilə bağlı - Yeni xəbər
05.06.2018 16:04
Vəkilllər Kollegiyası həbs edilən sabiq icra başçısı ilə bağlı məlumat yayıb.

Vəkillər kollegiyasından Axar.az-a verilən məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində qeyd olunduğu kimi, barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham irəli sürülmüş və hal-hazırda həbsdə saxlanılan Gədəbəy rayonunun keçmiş icra hakimiyyətinin başçısı Saleh Rüstəmovun ona müdafiəçi kimi təyin olunmuş vəkili ilə heç vaxt görüşmədiyi, habelə Rüstəmovun yaxın qohumlarının tutduğu vəkillə ünsiyyət hüququnun təmin edilmədiyi barədə xəbər yayılıb.

Qurum bildirir ki, vətəndaş Saleh Rüstəmova onun iddialarının əksinə olaraq, mayın 10-da müdafiəçi qismində Vəkillər Kollegiyasının üzvü İlhamə Həsənova ilə müqavilə bağlanılıb, həmin ayın 15, 17 və 24-ü tarixlərində isə vəkil İlhamə Həsənova ilə Saleh Rüstəmovun görüşü olub.

Vəkillər Kollegiyası bəzi kütləvi informasiya vasitələrində yoxlanılmamış, təhrif olunmuş və ictimaiyyətin çaşdırılmasına yönəlmiş bu kimi məlumatların yayılması hallarına təəssüf edir və KİV nümayəndələrinə belə hallarda Kollegiyanın mətbuat xidmətinə müraciət etmələrini tövsiyə edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol