• $
  • €
  • ₽
  • ₺
  • £

"Ölüm üstündə yatmışam, sənin başını kəsərəm" - Baskıda avtobus sürücüsü - VİDEO

"Ölüm üstündə yatmışam, sənin başını kəsərəm" - Baskıda avtobus sürücüsü - VİDEO
05.06.2018 22:46
"Üç dənə sırokum var, ölüm üstündə yatmışam, sənin başını kəsərəm".
Anews.az xezerxeber.az-a istinadən bildirir ki, bu ifadələri ictimai nəqliyyat vasitəsinin sürücüsü işlədir. Hansı ki, o, işə götürülən zaman tələb olunan sənədlərdən biri məhkumluğunun olub- olmaması ilə bağlı arayışdır. Bu sürücü isə telefon danışığında özünün kriminal keçmişini açıq şəkildə dilə gətirir. Elə onun danışıq üslubu özü də kriminal aləmin özü üçün heç də yad olmadığını göstərir.
Görüntülər 66 saylı marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərdən biri tərəfindən çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib. İctimai nəqliyyat sürücülərinin sükan arxasında telefonla danışması qayda pozuntusu olsa da, bu, az qala adi hala çevrilib. Əsas təhlükə isə kriminal keçmişinin olduğunu öz dili ilə etiraf edən, açıq şəkildə hədə-qorxu saçan bir şəxsin sürücü işləməsi isə daha dəhşətli bir faktdır. Belə sürücü ilə sərnişinin mübahisənin nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil.
Məsələyə 66 saylı marşrut xəttinin istifadəçisi olan şirkətin aydınlıq gətirməsini üçün onlara müraciət etdik. Xəttin kolon rəisi Xəqani Əliyev bildirdi ki, Azad Yaqubov adlı həmin sürücü ilə bağlı sərnişinlərindən şikayət gəldiyinə görə işdən azad edilib. Kolon rəisinin sözlərinə görə, işə qəbul zamanı sürücüdən bəzi sənədlər tələb edilir ki, orada sağlmlıq və məhkumluğu nəzərə alınır.
 
Kolon rəisinin sözündən belə çıxır ki, həmin sürücünün də məhkumluğununu olmaması ilə bağlı arayışı onlara təqdim edilib. Kolon rəisi, sürücünün öz dili ilə hətta adam öldürmə ilə məhkumluğunun olduğunu söyləməsinə də aydınlıq gətirib.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev qeyd edib ki, əvvəllər məhkum olunan səxsin cəzasını tam çəkəndən sonra sürücü və ya hər hansı bir işdə çalışmasında problem yoxdur. Sürücülərin işə qəbulu daşıyıcı şirkətlər özləri həyata keçirir. Məhkumluqla bağlı arayış adətən ona görə tələb olunur ki, həmin şəxsin əvvəllər qəza törətməyə görə məhkumluluğunun olub-olmaması dəqiqləşdirilsin: "Bu fakt isə daha ciddi məsələləri gündəmə gətirir. Nəzərə almaq lazımdır ki, ictimai nəqliyyat sürücüsü yalnız sükan arxasında avtomobil idarə etmir. Daim sərnişinlərlə ünsiyyətdə olur. Sürücülərlə sərnişinlər arasında tez-tez mübahisəslərin olması isə bizim üçün yad deyil. Görünür, sürücülərin işə götürülməsində psixoloji məqamlara daha ciddi yanaşmaşa ehtiyac var"

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol