• $
  • €
  • ₽
  • ₺
  • £

Əhməd Cavada abidə ucaldılsın – Deputatdan təklif

Əhməd Cavada abidə ucaldılsın – Deputatdan təklif
06.06.2018 13:45
Deputat Qənirə Paşayeva Şəmkirdə istiqlal şairimiz Əhməd Cavada həsr olunmuş tədbirdə çıxış edib və Qara dənizə baxan ən uca yerlərin birində Əhməd Cavada abidə qoyulması təklifi ilə çıxış edib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Türkdilli Ölkələrin Parlament Assambleyası, Mədəniyyət Nazirliyi, Milli Kitabxana, TİKA, "Azərkitab” Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyilə ökəmizdə qeyd edilən VIII Beynəlxalq Şairlər Günü çərçivəsində Şəmkirdə Türk dünyasının istiqlal şairləri Əhməd Cavada və Mehmet Akif Ersoya həsr olunmuş tədbir keçirilib. Tədbirdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Sona Əliyeva, AYB-nin Mətbuat xidmətinin sədri Xəyal Rza,  İLESAM-ın sədri Mehmet Nuri Parmaksız və qardaş Türkiyədən gəlmiş çoxlu sayda şair, yazar, aydınlar  iştirak ediblər.

Qardaş Türkiyədən gəlmiş çoxlu sayda şair, yazar, aydınlarin iştirak etdiyi tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva  bu cür tədbirləri təşkil edən bütün təşkilatçılara təşəkkürünü bildirib və bu cür tədbirlərin önəmini xüsusi vurğulayıb. Millət vəkili çıxışında istiqlal şairimiz Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı, onun Azərbaycan Cümhuriyyətinin qurulması və qardaş Türkiyə üçün göstərdiyi böyük xidmətlərdən, böyük acılarla bitən ömür yolundan danışıb. O bildirib ki, harada doğulub harada yaşamasından asılı olmayaraq bu gün Türk gəncləri Əhməd Cavad kimi böyük aydınlardan, onların fikir və düşüncələrindən, həyat yolundan çox şey öyrənməlidirlər: 

"20-ci əsrdə Anadoluda insanlarımız acılar yaşayanda, düşmən qüvvələrə qarşı mübarizə aparanda Əhməd Cavad Azərbaycandan yardımların toplanılıb orada yaşayan insanlarımıza çatdırılması, millətimizin səsini daha geniş duyurmaq üçün çalışırdı. Yetim qalan qız uşaqlarını normal ailələrə verilməsində iştirak edərək bu qızlar "bizim namusumuzdur, onları öz övladlarınızdan ayırmadan böyüdün və yetişdirin” deyirdi.  20-ci əsrin əvvələrində Azərbaycanın müstəqilliyi, Türkiyə üçün  bəzən silaha, bəzən qələmə sarılırdı. Dünyanın harasında yaşamasından asılı olmayaraq Türk millətinin acıları onun acıları idi və o, gecə-gündüz milləti üçün çalışırdı. Onun "Çırpınırdı Qara Dəniz baxıb Türkün bayrağına" şeirində, Azərbaycana, bayrağımıza həsr etdiyi şeirlərlə yanaşı, bütün şeirlərində, yazılarında millət uğrunda mübarizəsi var. Ona görə də Əhməd Cavad heç bir zaman unudulmayacaq və hər zaman sevgi və sayğı ilə anılacaq". Millət vəkili Qara dənizə baxan ən uca yerlərin birində Əhməd Cavada abidə qoyulması təklifi ilə çıxış edib.Onun bu təklifi Türkiyədən gəlmiş çoxlu sayda şair, yazar, aydınlar  tərəfindən müsbət və alqışlarla qarşılanıb.

Millət vəkili Q.Paşayeva İstiqlal marşının müəllifi Mehmet Akif Ersoyla bağlı da geniş çıxış edib.  Millət vəkili çıxışını "inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək”- deyərək bitirib. 

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol