• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı Şahin ağladı, deputat tənqid etdi - VIDEO

Hacı Şahin ağladı, deputat tənqid etdi - VIDEO
07.06.2018 10:17
Son günlər deputat Fazil Mustafanın sosial şəbəkədə şiələrin əzadarlığı ilə bağlı yazdığı fikirlər qalmaqallara səbəb olub. Belə ki, ilk oraq deputat Seyid Taleh kimi tanınan mərsiyəxanın videosunu paylaşıb. Videoda Seyid Taleh mərsiyə oxuyur, arxada isə ilahiyyatçı Hacı Şahin Həsənli əyləşib ağlayır.

Paylaşmaya şərh verən Fazil Mustafa bu hərəkətlərin İslam dini ilə heç bir əlaqəsinin olmadığını yazıb: "Bu da azərbaycanlıların ənənəvi dini. 500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz. Bu dinin adına Azərbaycanda İslam deyirlər. Təkcə elmdə, texnologiyada, fəlsəfədə, təhsildə, səhiyyədə geridə deyilik, din əxlaqında da quyunun dibindəyik. Bu davranışı Quranla uzlaşdırın görün, bir əlaqə tapacaqsınızmı?”,- deyə F.Mustafa bildirib.

"Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Hacı Şahin "Yeni Müsavat”a açıqlama verib. Heç kimin yanlışdan sığortalanmadığını bildirən Hacı Şahin bildirib ki, bəhs edilən videoda hər hansı faciəli bir şey görmür: "Kimsə də kimisə tənqid edə bilər. Biz özümüz də tənqidə açıq insanlarıq. Ancaq burada söhbət kiminsə təhqir olunmasından gedir. İstənilən insana qarşı təhqir yolverilməzdir. Bununla qətiyyən razılaşmaq olmaz. Xüsusilə də xalqımızın dəyərləri ilə bağlı olan məsələlərə belə yanaşmaq tamamilə yanlışdır. Ümumiyyətlə, insanların emosiyalarını ələ salmaq kökündən yanlış hərəkətdir. Əlbəttə ki, bunu statusu paylaşan bir insan edir. Bunun millət vəkili tərəfindən paylaşılmasını yanlış hesab edirəm. Söhbət məsələnin tənqid olunmasından gedir. Biz özümüz də müxtəlif məsələləri tənqid edirik. Əzadarlıqla bağlı ifrata varan, baş yaran insanlar olur ki, onlara qarşı hər zaman prinsipial mövqe tutmuşuq, tənqid etmişik. Ancaq bütövlükdə bu ayini gerilik adlandırmaq bizim tarixi keçmişimizin böyük bir hissəsini inkar etməkdir. Bizim demək olar ki, bütün klassiklərimiz mərsiyə janrına müraciət ediblər. Füzulidən tutmuş bu günə qədər böyük şairlərimiz bu mövzuya müraciət edib, mərsiyələr, ədəbi əsərlər yazılıb. Bu, demək olar ki, bizim mədəniyyətimizin bir çox sahələrinə sirayət edib. Belə bir şeyi bütövlükdə inkar etmək, gerilik adlandırmaq səhvdir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol