• $
  • €
  • ₽
  • ₺
  • £

Müğənni Təranə Qumralı 3 il həbs gözləyir

Müğənni Təranə Qumralı 3 il həbs gözləyir
07.06.2018 12:25
Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə T.Qumralın anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmiş müğənni Nazənin Salayevanın vəkili Ceyhun Yusifov vəsatət qaldırıb. O, müvəkkili ilə yeni müqavilə bağladığını, cinayət işi ilə tanış olmadığını deyərək, məhkəmədən vaxt istəyib.

Vəsatət təmin edilib.

Məhkəmənin növbəti iclası iyunun 14-nə təyin olunub.

Qeyd edək ki, müğənni T.Qumralla həmkarı N.Salayevin arasında qalmaqal "ANS”-in "Bazar səhəri” verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək, T.Qumrala "Səni ərimlə tutdum” deyib. T.Qumral isə öz növbəsində N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib. Nazənin məhkəmədə həyat yoldaşının müğənni T.Qumralla intim münasibəti olduğunu sübut edib.

Məhkəmənin qərarı ilə T.Qumral N.Salayev və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol