• $
  • €
  • ₽
  • ₺
  • £

Prokuror Kəmalə Ağazadə üçün vaxt istədi

Prokuror Kəmalə Ağazadə üçün vaxt istədi
08.06.2018 18:15
Dələduzluq, rüşvət vermə, rüşvətə təhrik və digər cinayətlərdə ittiham olunan "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxışa hazır olmadığını deyib və məhkəmədən vaxt istəyib.

Növbəti proses iyunun 14-də davam edəcək.

İttihama görə, "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edərək özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib. O, həmçinin vətəndaşları rüşvət verməyə təhrik edib.

Kəmalə Ağazadə 1998-ci ilin oktyabrından "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri vəzifəsində işləyib.

O, Səhiyyə Nazirliyi ilə "Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və mülicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epitemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” layihəsinin tətbiqi üçün əməkdaşlıq edib.

Bu məqsədlə 2015-ci ilin avqustun 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə layihə çərçivəsində göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb.

Həmin müqavilənin müddəti bitdikdən sonra Kəmalə Ağazadə onlara bildirib ki, Səhiyyə Nazirliyində işləyən aidiyyətı vəzifəli şəxsə rüşvət verməklə, əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına nail olacaq və onlarla yenidən xidmət müqaviləsi bağlayacaq.

Kəmalə Ağazadə 2015-ci ilin sentyabr və oktyabr ayında "Azərbaycan Uşaqları” İctimai Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600, Mahir Bayramovdan 2100 və Mahirə Sadıqovadan isə 2100 manat alıb.

O, ümumilikdə 7800 manat məbləğində pul alaraq, özünün şəxsi ehtiyaclarına xərcləyib.

Kəmalə Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanı tərəfindən Kəmalə Ağazadənin barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib. O, həbs edilməyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol