• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda deputat həbs oluna bilər

Azərbaycanda deputat həbs oluna bilər
08.06.2018 12:12
"İqtisad Universiteti ilə bağlı başlanmış cinayət işi üzrə zəruri ilkin dövr üçün araşdırma aparılmalıdır. Həmin araşdırmanın nəticəsində isə təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Faktla bağlı hələ ki, kimin günahkar olduğunu demək olmaz. Bu, aparılmış istintaqın nəticəsindən asılı olacaq”.
 
Anews.az xəbər verir ki, bu sözləri modern.az-a tanınmış hüquqşünas Adəm Məmmədov İqtisad Universiteti ilə bağlı başlanmış cinayətindən danışarkən deyib.

Hüquqşünas bildirib ki, faktla bağlı konkret şəxsləri məsuliyyətə cəlb etmək üçün yetərli dəlillər toplanmalıdır: 

"Və yalnız bundan sonra ayrı-ayrı şəxslərə qarşı cinayət işi başlana bilər. Eyni zamanada, istintaqın  nəticələrindən asılı olaraq konkret şəxslərə qarşı cinayət işi başlamaq və ya  cinayət işini rədd etmək haqqında qərar qəbul edilə bilər. Kimin məsuliyyətə cəld ediləcəyi və ya kimlərin kənarda qalacağı ifadələrdən, dəlillərin əsaslılığı və yetərliliyindən asılı olacaq. Bunun üçün kimlərin məsuliyyətə cəlb olunacağı ilə bağlı açıqlama vermək hələ ki tezdir”. 

Adəm Məmmədov qeyd edib ki, əgər istintaq yolu ilə  mötəbər sübutlar İqtisad Universitetinin rəhbərliyinin birbaşa rolunun olmasına yönəlsə, o zaman  Baş prokuror Milli Məclisə Şəmsəddin Hacıyevin mandatdan məhrum edilməsi ilə bağlı təqdimat göndərə bilər: 

"Həmin təqdimatın nəticəsinə uyğun olaraq deputat mandatdan məhrum ediləcək və istintaqa cəlb olunacaq. Amma bir daha xatırladıram ki, bütün bunlar aparılmış istintaqın nəticəsindən asılı olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Hesablama Palatasının Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair aparılmış auditin nəticələri üzrə Hesabat müzakirə olunub.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb. İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Xatırladaq ki, 2012-2014-cü illərdə İqtisad Universitetinə deputat Şəmsəddin Hacıyev rektorluq edib. 

Baş Prokurorluqdan instintaqın gedişi və hansı mərhələdə olduğu barədə yeni məlumat verilməyib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol