• $
  • €
  • ₽
  • ₺
  • £

“Magistr oğlanların sayı 74 faiz artıb” - Təhsil naziri

“Magistr oğlanların sayı 74 faiz artıb” - Təhsil naziri
08.06.2018 13:14
"İlkin təhlillərə əsasən, 1118 elmi tədqiqat işinin təxminən 43 faizi ali məktəblərin payına düşüb. Yalnız Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərin alimləri tərəfindən hər il 200-dən çox monoqrafiya, 800-dən çox dərslik və dərs vəsaiti nəşr olunur"

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, son 4 ildə Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərin alimlərinin impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayı 68 faiz artıb. 

"2017-ci ildə ali məktəblər tərəfindən AMEA-ya fundamental elmi tədqiqatlara dair 152 mühüm nəticə təqdim olunub. AMEA ilə birlikdə tədqiqat universitetinin yaradılması üçün işlərə başlanılıb". 

C.Bayramov bildirib ki, magistratura səviyyəsində təhsil alan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi və tələbə təqaüdlərinin məbləğinin artırılması nəticəsində ali məktəblərin magistraturasına qəbul olanların sayı əvvəlki illə müqayisədə 36 faiz, qəbul olan oğlanların sayı isə 74 faiz artıb.

Nazir, həmçinin deyib ki, son illər doktorantura təhsilin təkmilləşdirilməsi üçün əhəmiyyətli işlər aparılır: "Hazırda ölkə üzrə doktorantura üzrə təhsil alan 3307 nəfərdən fəlsəfə doktoru üzrə təhsil alanların 65 faizi, elmlər doktoru üzrə təhsil alanların 50 faizi ali təhsil müəssisələrinin payına düşür. Ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan "Xaricdə təhsil üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın aparıcı universitetinlərinə göndərilən 3568 nəfərin 63 faizi magistratura və doktorantura səviyyələrində təhsil alan gənclər olub".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava açılanıb
Cəmiyyət 11:25
Faktiki hava açılanıb
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol