• $
  • €
  • ₽
  • ₺
  • £

Seysmoloji mərkəz: Afterşoklar davam edəcək

Seysmoloji mərkəz: Afterşoklar davam edəcək
09.06.2018 18:40
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Zaqatala ərazisində zəlzələnin baş vermə səbəblərinə dair tədqiqatları davam etdirir.

Bunu Oxu.Az-açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, gələn həftə ərzində aparılan tədqiqatların nəticələri ictimaiyyətə təqdim ediləcək: 

"Zəlzələ barədə insanlara ilkin məlumat ərazidə qeydə alınan siqnallar əsasında verilir. 

Hazırda isə əməkdaşlarımız Zaqatalada yer səthinin üstündə zəlzələnin hansı fəsadlar yaratdığını və yerdə onun hiss olunma dərəcəsi ilə bağlı araşdırma aparırlar.

Eyni zamanda geofizika və maqnit sahəsinin ölçüləri aparılır. Zaqatala ərazisində baş verən zəlzələdən sonra  bir sutka ərzində 100 afterşok qeydə alınıb. 

Ötən gün ərzində isə iki afterşok baş verib. Afterşokun olması müsbət haldır. Çünki onlar baş verdikcə, zəlzələ ocaqları azalır. Ehtimal ki, afterşokların olması davam edəcək”.

Vüsalə Rafiqqızı qeyd edib ki, Azərbaycan seysmik baxımından aktiv zonada yerləşir: 

"Respublika üzrə Xəzər Dənizi hövzəsi, Şəki, Zaqatala, Gəncə, Daşkəsən və Cənubda Talış dağlıq hissədə zəlzələnin baş verməsində aktivlik var. Bu o demək deyil ki, həmin ərazilərdə yaşayan insanlarda qorxu yaşasın ki, yaşadığı ərazidə zəlzələ ola bilər.

Sadəcə olaraq bölgəmiz aktivdir və insanlar bunu bilməlidir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol