• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisləri motosiklet sürücüsünü döydülər -VİDEO

Yol polisləri motosiklet sürücüsünü döydülər -VİDEO
11.06.2018 16:29
Bakıda yol polisləri motosiklet sürücüsünü döyüblər.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb. Videodan da göründüyü kimi yol polisləri motosikleti təqib ediblər və çətinliklə də olsa sürücünü tuta biliblər.

Daha sonra yol polisləri motosiklet sürücüsünü döyürlər. Videoya şərh yazanlarda da yol polislərini tənqid ediblər.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov BAKU.WS -ə açıqlamasında bildirib ki, həmin videonu görməyib.

"Açığını deyim ki, həmin videonu görməmişəm. Ola bilsin həmin video 6-7 ilin görüntüsüdür. Yəni video çoxdan çəkilmiş ola bilər. Bu araşdırmalardan sonra məlum olacaq”, - deyə V.Əsədov bildirib.

Qurum rəsmisi deyir ki, istənilən halda yol polisi ilə bağlı görüntülər yayılan zaman araşdırmalar aparılır:

"Mətbuatda yazılıb-yazılmamasından asılı olmayaraq, yol polisi və onun fəaliyyətilə bağlı video yayılırsa, bu mütləq araşdırılır. Bu görüntülərdə polisin vətəndaşı döyməsinin necə şahidi olursunursa, polisə göstərilən müqavimət də elə cavabsız qalmır. Yol polisi ona müqavimət göstərən şəxsi tərk-silah etməyə çalışır. Əgər sürücünün əlində bıçaq varsa, onu almağa çalışır. Sürücü yol polisinə tabe olmursa, onu tabeçiliyə dəvət edir. Lakin görüntülərdə elə düşür ki, sanki yol polisi sürücünü döyür. Yol polisi ona müqavimət göstərən, haqlı tələblərini yerinə yetirməyən şəxsə qarşı qanunda nəzərdə tutulan tələblər üzrə hərəkət edir. Təbii ki, yol polisinə tabe olan, ona əl qaldırmayan şəxsi döyə bilməz və döymür də”, - deyə yol polisi bildirib.

V.Əsədov vurğulayıb ki, araşdırmalar zamanı yol polisinin günahı sübuta yetirilərsə, həmin şəxs mütləq cəzalandırılır:

"Tam məsuliyyətimlə deyirəm ki, əgər belə hallar araşdırılarkən, yol polisinin vəzifə səlahiyyətlərini aşması halları aşkar edilirsə, həmin əməkdaş mütləq cəzalandırılır. Həmin polis töhmət ala, vəzifədən çıxarıla, aşağı vəzifəyə keçirilə və hətta sistemdən qovula bilər. Həmin polisin nə kimi cəza alması isə onun rəhbərlik etdiyi ərazi üzrə rəhbərliyin təqdimatından asılıdır. Araşdırılarkən hansı nüanslar üzə çıxırsa, bu yol polisi haqqında görüləcək tədbirlərə əsas verir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol