• $
  • €
  • ₽
  • ₺
  • £

Minaya qarşı qorumalı “SandCat” təqdim olundu – Azərbaycana da göndəriləcək

Minaya qarşı qorumalı “SandCat” təqdim olundu – Azərbaycana da göndəriləcək
12.06.2018 19:34
İsrailin "Plasan” şirkəti "SandCat” zirehli maşının minaya qarşı qorumalı "SandCat M-LPV” konfiqurasiyasını hazırlayıb
İsrailin "Plasan” şirkəti "SandCat” zirehli maşının minaya qarşı qorumalı "SandCat M-LPV” konfiqurasiyasını hazırlayıb.
 
Anews.az "AzeriDefence” saytına istinadən xəbər verir ki, yeni maşın "Plasan”ın sərginin açıq ekspozisiyasındakı stendində nümayiş etdirilib.
 
"Plasan” mütəxəssislərinin sözlərinə görə, "SandCat M-LPV” "SandCat” maşınlarının dördüncü nəsli hesab olunur. Maşın sələflərindən fərqli olaraq xüsusi şassiyə əsaslanır və daha dayanıqlı "Ford” komponentləri istifadə edilib.
 
Monokok gövdəyə sahib M-LPV digər "SandCat”larla eyni ölçülərə sahibdir. Maşında heyətin və desantın çıxışı üçün 5 qapı mövcuddur. Səkkiz desant daşıyan maşının minaya qarşı qoruması STANAG 2a/2b səviyyəsinə uyğundur. Maşında yan hissədə atəş açmaq üçün 6 (3×3) mazğal var. Zirehli maşın NBC filtrləmə, kondisioner, avtomatik yanğınsöndürmə sistemləri ilə təchiz edilir.
 
İstehsalçı şirkətin nümayəndələrinin sözlərinə görə, yeni maşının yaxın vaxtlarda Azərbaycana sınaqlara göndərilməsi nəzərdə tutulur. Maşının hazırlanmasında bir neçə ölkənin, o cümlədən Azərbaycan hərbçilərinin fikirləri nəzərə alınıb.
 
"Azərbaycanda və digər tərəfdaş ölkələrdə bu tip yüngül, lakin minaya qarşı qoruması yüksək olan maşınlara ehtiyacın olduğunu düşünürük. Sentyabr ayında Bakıda keçirilən sərgidə bu maşını nümayiş etdirmək niyyətindəyik”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açılanıb
Cəmiyyət 11:25
Faktiki hava açılanıb
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol