Qaydanı pozan sürücü polisə şeir dedi - VIDEO

Kürdəmirdə sürücülərin qayda pozmalarına qarşı reyd keçirilib.
Anews.az ARB TV-yə istinadən xəbər verir ki, reyd zamanı kimi səhvini boynuna alıb, kimi yol nişanlarını görmədiyini bildirib. Ən maraqlısı isə polisə şeir deyən sürücü olub:
"Salam polisim. Gözlərin itidir, ürəyin hüşyar. Səni də evində gözləyir dildar. Şirin yuxudaykən körpə balalar. Onlara keşikçi qalan polisdir”.
Reyd zamanı 50-yə yaxın avtonəqliyyat vasitələrinə saxla əmri verilib. Protokollar tərtib olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























