• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni icra başçısı haqqında bilinməyən - Faktlar

Yeni icra başçısı haqqında bilinməyən - Faktlar
14.06.2018 12:31
6 iyun tarixində prezident sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinə başçı təyin edilən Elxan Allahverdiyevlə bağlı bilinməyən məqamlar məlum olub.

Axar.az xəbər verir ki, Allahverdiyev Elxan Şamil oğlu 15 iyun 1960-ci il tarixdə Bakı şəhərində anadan olub.

1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspiranturasını bitirib. Əmək fəaliyyətinə 1984-cü ildə başlayıb və həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda müxtəlif vəzifələrdə çalışıb.

1998-ci ildən 2005-ci ilədək "Meridian” MMC-də direktor, 2005-ci ildən 2015-ci ilədək "Duet” firmasında kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-ci ilədək Bank Olmayan Kredit Təşkilatı "Kredex” MMC-də idarə heyəti sədrinin müavini, 2017-ci ildə "Kontinent İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Xatırladaq ki, E.Allahverdiyevlə bağlı indiyə qədər təkcə onun "Kapital Bank"ın idarə heyətinin sədri Elşən Allahverdiyevin qardaşı olması məlum idi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol