• $
  • €
  • ₽
  • ₺
  • £

Elnarənin estetik mərkəzi bağlandı - VIDEO

Elnarənin estetik mərkəzi bağlandı - VIDEO
20.06.2018 11:43
Son günlər adı müştərilərinin dodaqlarını yandırmaqda hallanan kosmetoloq Elnarə Rzayevanın mərkəzi bağlanıb. "Qafqazinfo” criminal.az-a istinadən xəbər verir ki, zərərçəkmişlərin vəkili Toğrul Allahyarov bildirib ki, mərkəzin bağlanmasından dünən xəbər tutub. 

T.Allahyarovun sözlərinə görə, həmin mərkəz Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi 4 ünvanında yerləşirdi. 

Vəkil bildirib ki, bu gün həmin mərkəzin reklam lövhəsinin götürüldüyünün və qeyri-yaşayış sahəsinin icarə elanı verilməsinin şahidi olub: 

''Elnarə Rzayeva 3 ilə yaxın ''LA sisters'' mərkəzində qeyri-rəsmi işləyib. 2017-ci il sentyabrın 15-dən əmək müqaviləsi ilə həmin mərkəzə rəsmi işə düzəlib. Çoxsaylı şikayətlərdən sonra "LA sisters" rəhbəri tərəfindən işdən azad olunub. Onunla bağlanmış əmək müqaviləsi ləğv olunub. Bundan sonra E.Rzayeva həmin mərkəzə yaxın yerdə, həmin binadan bir neçə metr kənarda özünə yer kirayələyərək işləməyə başlamışdı.

Bir neçə zərərçəkmiş xanımın dodaqlarını həmin mərkəzdə yandırıb. Görünür, son zamanlar adı mediada hallandırıldıqdan sonra mərkəzi bağlayaraq qaçıb. Onun başqa bir mərkəzi də var. Səməd Vurğun 92-də, ona həbs qoydurmuşam''.

Qeyd edək ki, Rzayeva haqda bir neçə şikayət var. Müştəriləri onun prosedurlarından şikayət ediblər. Onlar kosmetoloqun etdiyi prosedurlardan sonra dodaqlarında, üzlərində yaralar əmələ gəldiyini bildiriblər. Bəziləri hətta Elnarə tərəfindən döyüldüyünü söyləyib. Müştərilər kosmetoloqla bağlı məhkəməyə müraciət ediblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol