• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlər nə qədər maaş alır? - Rəsmi açıqlandı

Müəllimlər nə qədər maaş alır? - Rəsmi açıqlandı
21.06.2018 12:13
"Azərbaycanda məktəbəqədər təhsillə əhatəlilik uzun müddət aşağı səviyyədə idi. 2015-ci ildə bu rəqəm 24 faiz idisə, 2017-ci ildə 65 faizə çatıb. 

AzVision.az xəbər verir ki, bunu Təhsil İnstitunun direktor əvəzi Emin Əmrullayev təhsil ilinin yekunlarına dair tədbirdə deyib.
O, bildirib ki, 7 və daha aşağı yaşda məktəbə qəbul 2012-ci ildə 12 faiz idisə, bu göstərici hazırda 94 faizə çatıb: "2004-cü ildə 69 faiz uşaq məktəbə vaxtında gələn şagirdlərdir, 24 faizdən artıq isə məktəbə gecikənlərdir. Məktəbə gələn şagirdlərin təxminən 7 faizi 7 yaşdan yuxarı, 16.9 faizi isə bir il gecikənlərdir. Məktəbə gec başlayan şagirdlərin 33 faizi məktəbi bir fəndən müvəffəq qiymətlə bitirə bilir. Məktəbə bir il gec gələn uşaqların 51 faizi, məktəbə vaxtında gələn uşaqların 59 faizi, məktəbə vaxtından tez gedən uşaqların 65 faizi məktəbi müvəffəq qiymətlə bitirib". 

E. Əmrullayev bildirib ki, Azərbaycanda 4500 məktəbin yarısı kiçik məktəblərin payına düşür. "Onların 2500-də şagird sayı 200-dən, 1500-də şagird sayı 100 nəfərdən azdır".

Qurum rəsmisi qeyd edib ki, 2014-2017-ci illərdə 134 136 müəllim diaqnostik qiymətləndirmədən keçib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manata yaxın, 35,9 faizi 300-500 manat, 27,1 faiz 500-700 manat, 10 faiz 700-900 manat, 3,5 faizi 900 manatdan yuxarı əmək haqqı alır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol