• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyasını dəyişən nazir oğlunun yanında dəfn edildi – Fotolar

Dünyasını dəyişən nazir oğlunun yanında dəfn edildi – Fotolar
24.06.2018 14:57
Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib.
Anews.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimi Y. Camalovun Bakıda yaşadığı evdə keçirilib.
Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Y. Camalov Şüvəlan qəsəbə qəbiristanlığında, keçən il vəfat edən 44 yaşlı oğlu Rövşən Camalovun yanında dəfn olunub.
Qeyd edək ki, 69 yaşlı Y. Camalov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və müalicə alıb. Bu günlərdə Parisdə keçirilən "EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində iştirak etmiş Y. Camalovun dünən günorta saatlarında Bakıda evində səhhəti qəfil pisləşib və dünyasını dəyişib.
Y. Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1972 – ci ildə "Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989- cu illərdə "Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 – ci illərdə "Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 – cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 – cı illərdə "Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006 – cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib. Y. Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol