• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən çağırış: Günorta saatlarında açıq havaya çıxmayın

Nazirlikdən çağırış: Günorta saatlarında açıq havaya çıxmayın
25.06.2018 15:42
Yaxın 4-5 gün ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçməsi proqnozlaşdırılır.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib. 

Onun sözlərinə görə, bu müddət ərzində günorta saatlarında havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 35-40 dərəcə intervalında dəyişəcək:

"İqlim normaları ilə müqayisə etsək, havanın temperaturunun normadan beş dərəcəyə kimi yüksək olması deməkdir. Axşama doğru cənub-şərq istiqamətli küləyin üstünlüyü gözlənilir. Buna görə də havada rütubətlilik artacaq ki, bu da istilik effektini daha da kəskinləşdirəcək. Meteohəssas insanlar üçün bu cür hava əlverişsizdir. Bu səbəbdən onlar uzun müddət çöldə qalmamalıdırlar”.

Nazirlik rəsmisi qeyd edib ki, son 15-20 il ərzində dünyada yay aylarında şimal yarımkürəsi üzrə anomal isti dövrlər daha uzunmüddətli olur:

"Bu da iqlim dəyişikliyinin təzahürlərindən biridir. Azərbaycanda aparılan araşdırmalar göstərir ki, yay aylarında isti günlərin 35 dərəcədən yüksək davam etməsi 1990-ci illərlə müqayisədə xeyli artıb. Biz düşünürük ki, bu yay da bu tendensiya davam edəcək”.

Umayra Tağıyeva çimərliklərə gedən insanlara xəbərdarlıq edib:

"4-5 gün ərzində külək mülayim olacaq. Dəniz suyunun temperaturu 24 dərəcədən 26 dərəcəyə kimi yüksələcək. Biz anomal isti ilə əlaqədar əhaliyə xəbərdarlıq etməliyik ki, günorta saatlarında temperaturun 35-40 dərəcəyə kimi yüksəlməsi zamanı onlar müəyyən fəsadlarla qarşılaşa bilərlər.

Günorta saatlarında birbaşa günəş altında olmaq risklidir. Bunu dənizə gedənlər bilməlidirlər. Səhər saat 11-dən axşam 17:00 kimi günəşdən qorunmaq lazımdır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol