• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirliyə 10 yeni təyinat - Yeni struktur təsdiqləndi

Nazirliyə 10 yeni təyinat - Yeni struktur təsdiqləndi
27.06.2018 12:01
Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 6 iyun 2018-ci il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi haqqında Əsasnamə, nazirliyin strukturu, həmçinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə təsdiq edilib.

Nazirlikdən Kult.az-a verilən məlumata görə, fərmana əsasən, Mədəniyyət Nazirliyi Aparatının, eləcə də Dövlət Xidməti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələri üzrə ştat vahidləri müəyyən edilib.

Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Mədəniyyət Nazirliyi Aparatının struktur vahidləri – şöbə və sektorları yaradılmış və nazirin müvafiq əmri ilə təsdiq edilib. Nazirlik Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

Bu gün mədəniyyətin bütün sahələrində xidmətin səviyyəsinin yüksəldilməsi və dövrün tələbələrinə uyğun təşkili, mədəniyyət müəssisələrinin fəaliyyətində sosial məsuliyyətin artırılması, xalqımızın zəngin tarixi-mədəni irsinin, incəsənətinin təqdimatında, geniş kütlələrə çatdırılmasında innovativ yanaşmaya, yeniliklərə geniş yer verilməsi qarşıda duran başlıca vəzifələrdir. Xüsusilə regionlarda mədəni xidmətlərin yeni səviyyədə qurulması, eləcə də muzeylərin fəaliyyətində dünya təcrübəsinin tətbiq olunması, xalq yaradıcılığının daha fəal təşviqi, mədəni sərvətlərdən səmərəli istifadə, sahələr üzrə beynəlxalq əlaqələrin gücləndirilməsi, mədəniyyət siyasətində elmi təhlil və tədqiqatlara daha böyük önəm verilməsi günün vacib tələblərindəndir.

Mədəniyyət Nazirliyi Aparatının struktur vahidlərinin təşkilində bu məqamlar xüsusi diqqətə alınmış, strukturda yeni – Muzey işi və mədəni sərvətlərə nəzarət, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı, Regional siyasət, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbələri, Elm və tədqiqatlar sektoru yaradılıb.

Mədəniyyət nazirinin müvafiq əmrinə əsasən Aparatın şöbə və sektorlarına əməkdaşların təyinatı həyata keçirilib. Həmçinin nazirlik Aparatının əvvəlki strukturunda müxtəlif vəzifələrdə çalışmış 10 nəfərə yaxın şəxs öz ərizələri ilə işdən ayrılaraq nazirliyin tabe müəssisə və qurumlarında müvafiq vəzifələrə təyinat alıblar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol