• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı aparıcı övladları ilə intiharın qarşısını aldı - FOTOLAR

Azərbaycanlı aparıcı övladları ilə intiharın qarşısını aldı - FOTOLAR
27.06.2018 14:48
Bakıda intihara cəhdin qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, hadisə iyunun 23-də Nizami rayonunda, metronun Qara Qarayev stansiyasının yaxınlığında baş verib.

İntihara cəhdin qarşısının alınmasında "İctimai” radionun aparıcısı Ayfər Feyziyevanın rolu danılmazdır.

Belə ki, hündürmərtəbəli binanın damına çıxan kişi intihara cəhd edib. Bunu ilk olaraq qarşı tərəfdəki binada yaşayan Ayfər Feyziyevanın oğlanları, 7 və 12 yaşlı Rəhman və Rəhim qardaşları görüb və dərhal analarına xəbər veriblər.

Yenicag.az-a açıqlama verən Ayfər Feyziyeva hadisəni belə xatırlayır: "Uşaqlar eyvanda oynayırdılar. Birdən qışqırıb məni çağırdılar ki, kişi özünü binadan atmaq istəyir. Düzü, əvvəl elə bildim ki, ustadır, binanın damını təmir edir. Sonra gördüm ki, qışqırır. Onunla danışaraq fikrindən yayındırmağa çalışdım. Polis çağırmaq istəsəm də, icazə vermədi. Dedim kiminlə danışmaq istəyirsənsə, onu çağırım. Məsafəmiz uzaq idi deyə, səsini güclə eşidirdim. Bir təhər qardaşının nömrəsini alıb, hadisə yerinə çağırdım. O da təcili olaraq gəldi. Allaha şükür ki, qardaşı onu intihar fikrindən daşındırdı. Övladlarımla birlikdə intiharın qarşısını almış olduq. Amma hələ də hadisənin təsirindən çıxa bilmirik”.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol