• $
  • €
  • ₽
  • ₺
  • £

Həcc ziyarətinə gedənlərin sayı açıqlandı

Həcc ziyarətinə gedənlərin sayı açıqlandı
27.06.2018 17:44
Azərbaycandan bu il həcc ziyarətinə gedəcək kvota tamamlanıb.

Bunu anews.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin məsul işçisi, Azərbaycan həcc missiyasının üzvü Həmdulla Babayev bildirib.

Onu sözlərinə görə, həcc ziyarətinə gedənlərin sayı məlumdur:

"Həcc ziyarətinə gedənlərin sayı xidməti personalla birlikdə 1440 nəfər idi. Həmin say tamamlanıb. Heç bir nəfərlik də yer yoxdur. Sənədləri hazırdır. Hotellər bron edilib.

Yaxın günlərdə viza məsələsi həll olunacaq. Zəvvarların yola salınması avqustun 12-dən 16-na kimi davam edəcək. Sentyabr ayının 1-5-i arası onların geri dönməsi planlaşdırılır”.

Həmdulla Babayev həcc ziyarətində Azərbaycanın kvotasının azaldılması məsələsinə də münasibət bildirib:

"Həcc ziyarətinə gedən zəvvarların sayının azaldılması məsələsindən söhbət gedə bilməz. Sadəcə olaraq, hotellər əvvəlcədən bron edilib.

Bəzi adamlar sənəd qəbulundan sonra gəlmək istəyirlər. Təəssüflər olsun ki, bizim onları qəbul etmək ixtiyarımız yoxdur. Biz istəsək də, indi onun sayını artıra bilmərik. Gələcəkdə kvotanın sayı artırıla bilər”.

QMİ rəsmisi qeyd edib ki, gələcəkdə həcc ziyarətinə avtobusla getmək mümkün ola bilər:

"İraq və Suriyadakı məlum münaqişələrdən dolayı hələlik o yollar bağlıdır. Ölkə təminatı olandan sonra həcc ziyarətinə getmək alına bilər. Hələlik bu məsələ gündəmdə deyil”.

O vurğulayıb ki, hər bir inanclı insan həcc ziyarətinə gedə bilər:

"Kiminsə pulu yoxdur, amma borc alır ki, həcc ziyarətinə getsin. Bu düzgün deyil. Amma kimisə imkanlı adam göndərirsə, artıq onun boynunda haqdır və getməlidir. 

Hazırda gedişhaqqı 4 min 150 dollardır. Əməliyyatlar dollarla aparıldığı üçün zəvvarlardan da ödəniş dollarla alınır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol