• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda klinikanın önündə vətəndaş öldü: Yardım edən olmadı - VİDEO

Bakıda klinikanın önündə vətəndaş öldü: Yardım edən olmadı - VİDEO
27.06.2018 18:28

Bakıda "20 Yanvar” metrostansiyasının yaxınlığında yaşlı kişi dünyasını dəyişib. 
Anews.az-a Azxeber.com-a istinadən məlumat verir ki, şahidin sözlərinə görə, hadisə Yasamal rayonu ərazisində yerləşən "Yeni Med” klinikasının qarşısında baş verib.
50 yaşlarında olan kişinin klinikanın önündə ürəyi dayanıb. 
Məlumata görə, vətəndaşlar dəfələrlə klinikadakı həkimlərə kömək etmələri üçün çağırış etsələr də, ona yardım etməyə həkim tapılmayıb. 
Vətəndaşlar özləri ürəyi dayanan kişiyə ilkin tibbi yardım göstərməyə çalışıblar. Ancaq bunun da fayda vermədiyini görüb təcili tibbi yardıma zəng ediblər. Təcili tibbi yardım maşını da hadisə yerinə gəlməyib. Nəticədə vətəndaşlar özləri onu yaxınlıqdakı Respublika Klinik Xəstəxanasına aparıblar. Buna baxmayaraq, yaşlı kişi yolda keçinib. 
Məsələ ilə bağlı hadisənin baş verdiyi ərazidə yerləşən "Yeni Med” xəstəxana ilə əlaqə saxlanılıb.
Xəstəxana əməkdaşı açıqlamasında hadisənin baş verdiyini təsdiqləyib:
"Bəli, belə bir hadisə baş verdi. Biz geniş təchizatlı xəstəxana deyilik. Bura polikilinika tipli yerdir. Hazırda mərkəzdə həkim olmadığı üçün biz özümüz - tibb bacıları yardım etməyə çalışdıq. İlkin tibbi yardım zamanı vətəndaş artıq keçinmişdi. Onun nəbzi atmırdı.
Bundan sonra təcili tibbi yardıma zəng etdik. Bilirsiniz ki, əgər ölüm faktı varsa, bu zaman təcili tibbi yardıma zəng etmək lazımdır. Bundan sonra bəzi qəzəbli vətəndaşlar bizim mərkəzə hücum çəkdilər.
Xəstənin həyat yoldaşı da hadisə yerinə gəldi. O, həyat yoldaşının ona zəng edərək ürəyində ağrılar olduğunu və buna görə xəstəxanaya getdiyini deyibmiş”. 
Həmin görütüləri təqdim edirik:


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol