• $
  • €
  • ₽
  • ₺
  • £

İcra Hakimiyyəti Bakıda 14 yaşlı qızın toyuna müdaxilə etdi

İcra Hakimiyyəti Bakıda 14 yaşlı qızın toyuna müdaxilə etdi
27.06.2018 23:17
Lerik sakini Mirtəmən Sadıqovun Bakıda yetkinlik yaşına çatmamış qızı Leyla Sadıqovanın ərə verilməsi ilə bağlı yaydığı video müraciətə dövlət orqanları tərəfindən reaksiya verilib.

Anews.az "virtualaz.org”a istinadən xəbər verir ki, iyul ayının 1-də "Sahil” şadlıq sarayında keçirilməsi nəzərdə tutulan toy ləğv olunacaq.

Bu barədə Suraxanı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Anar Hüseynov məlumat verib. Onun sözlərinə görə, gəlin yetkinlik yaşına çatmadığı üçün toyun keçirilməsi qanuna ziddir. Bu barədə şadlıq sarayının rəhbərliyinə məlumat verilib.

"Biz bu gün həmin şadlıq sarayında olduq, toyun sifarişçisinin, yəni Arzuman adlı bəyin nömrəsini götürdük və dəfələrlə ona zəng vurduq. Amma bəy zənglərimizə cavab vermədi və daha sonra telefonu söndürdü. Toyu olacaq qız isə anası ilə Türkan qəsəbəsində yaşayır. Bu qəsəbə bizim ərazimizdə deyil. Xəzər rayonunun ərazisi olduğuna görə həmin rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinə məlumat vermişik. Şadlıq sarayının rəhbərliyi ilə də danışmışıq və onlara ayın 1-nə nəzərdə tutulan toyun keçirilməsinin qanuna zidd olduğunu bildirmişik”.
 

Şadlıq sarayın idarəedicisi Bakir Gülməmmədov isə gəlinin azyaşlı olmasından sonradan xəbər tutduğunu və toyun təxirə salınacağını deyir.

"Həqiqətən iyul ayının 1-də orada toy keçirilməsi üçün sifariş alınıb. Lakin gəlinin yaşı barədə bizə məlumat verilməyib, bu barədə indi xəbər tutduq. Hazırda araşdırma aparılır. Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri də gəlmişdilər, toy üçün yer sifariş edən şəxsin telefon nömrəsini bizdən götürdülər. Yəqin ki, toyu ləğv edəcəyik və keçirilməsinə imkan verməyəcəyik”, - deyə şadlıq sarayının əməkdaşı bildirir.

Xatırladaq ki, ötən gün 14 yaşlı Leyla Sadıqovanın atası Mirtəmən Sadıqov qızının keçmiş həyat yoldaşı Əminə Məmmədova tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yaymışdı. Prezidentə, dövlət orqanlarına müraciət edən ata toyun baş tutmasına mane olmaq üçün köməklik istəmişdi. Virtualaz.org həmin müraciəti araşdırıb, azyaşlının ərə verilməsi cəhdinə müvafiq dövlət orqanlarının, ictimai birliklərin müdaxilə etməli olduğu haqda yazıb.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol