• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Sumqayıt yolunda təmir taksiləri bahalaşdırdı

Bakı-Sumqayıt yolunda təmir taksiləri bahalaşdırdı
29.06.2018 16:31
Bakı-Sumqayıt yolunda 26 iyun tarixindən başlayan yol təmiri sözügedən istiqamət üzrə işləyən taksi sürücülərinə sui-istifadə imkanı verib.

Axar.az xəbər verir ki, artıq 3 gündür davam edən təmir səbəbilə yolda yaranan sıxlığa görə Bakı-Sumqayıt yolu üzrə taksi xidməti göstərənlər qiyməti bir neçə dəfə qaldırıblar. Normal günlərdə 1-2 manat arasında dəyişən qiymətlər təmirə görə 3-5 manata qədər qaldırılıb.

Bakıdan Sumqayıta və əksinə gedən sakinlərin sözlərinə görə, günün pik saatlarında taksi sürücüləri qiyməti hətta 5 dəfəyə qədər qaldırırlar. 1 və ya 2 manata başa gələn yolu günün pik saatlarında sürücülər 8 manata aparır.

Sərnişinlər bildirib ki, artıq 3 gündür ki, vəziyyət belədir. Taxsi sürücülərinin süni qiymət artımına sakinlər etirazlarını bildirsə də, heç bir dəyişiklik yoxdur.

Yeri gəlmişkən bildirək ki, sözügedən yolda təmir səbəbilə yaranmış böyük sıxlıq və taksi sürücülərinin özbaşınalığı Bakı-Sumqayıt-Bakı qatarından istifadə edənlərin sayını artırıb.

Rəsmi məlumata görə, adi günlərdə Bakı-Sumqayıt-Bakı qatarı ilə 5 min sərnişin daşınırdısa, təmir günlərində sərnişin sayı 10 min 836 nəfərə çatıb.

Xatırladaq ki, hazırda Bakı-Sumqayıt yolunda təmir işləri aparılır. 26 iyun tarixindən başlayan işlər təxminən 20 gün davam edəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol