Gürcüstanda üç il öncə qətl törətmiş azərbaycanlı tutulub

Gürcüstanda qətlə görə 2015-ci ildən axtarılan 1971-ci il təvəllüdlü Şamxan Veçilov saxlanılıb.
APA-nın yerli bürosunun Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, saxlanılan şəxs 2015-ci ilin noyabrın 20-də Saqareco bələdiyyəsinin Ləmbəli kəndində şəxsi münaqişə zəminində 1971-ci il təvəllüdlü N. P. adlı şəxsi "Makarov” tipli tapança ilə qətlə yetirib, 1956-cı il təvəllüdlü M. Q. adlı şəxsi isə ağır yaralayıb.
Qətllə nəticələnmiş insidentə pul borcu səbəb olub. Ş. Veçilovu 11 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























