• $
  • €
  • ₽
  • ₺
  • £

Stalinin əvəzinə Mikoyana açılan atəş

Stalinin əvəzinə Mikoyana açılan atəş
21.11.2014 09:51
SSRİ lideri İosif Stalinə qarşı sui-qəsd cəhdləri çox olub. İstər SSRİ daxilində, istərsə də xarici kəşfiyyat orqanları tərəfindən Stalinin həyatına son qoymaqla bağlı çox planlar cızılıb. Ancaq bu cəhdlərin hamısı uğursuzluqla nəticələnib.Modern.az saytı belə sui-qəsdlərdən bir haqda bəhs edir.Əgər 1942-ci ilin noyabrın 6-da rəhbərə qarşı törədilən sui-qəsd baş tutsaydı Stalin yox,  Mikiyan öz həyatı ilə vidalaşmalı olacaqdı.Ölkənin birinci şəxsinə növbəti dəfə sui-qəsd cəhdinin həm müəllifi, həm də icraçısı Saveliy Dmitriyev olub. O, Moskva ətrafındakı hərbi hissələrin birində yefreytor rütbəsində xidmət edib. Dmitriyev Böyük Vətən Müharibəsi başlanandan sonra Stalini öldürmək qərarına gəlib. Almanların antisovet təbliğatı ilə bağlı yaydıqları vərəqələrdən biri Saveliy Dmitriyevin əlinə düşəndə o, öz qərarını reallaşdırmaq üçün mümkün variantlar axtarıb.Dmitriyev əvvəlcə bu sui-qəsdi 1941-ci ilin sonlarında həyata keçirmək istəyib. Dövlət başçısının Qorki küçəsindən keçən avtomobil karvanına zenit pulemyotundan atəş açmağı planlaşdırıb. Ancaq həmin ərazidə insanların intensiv hərəkəti və atəş nəticəsində qurbanların sayının çox olacağı onu bu fikrindən daşındırıb.Nəhayət, 1942-ci ilin noyabrın 6-da Dmitriyev hərbi hissədən tüfəng və 45 ədəd güllə götürərək Qızıl meydana yollanıb və özünə mövqe seçib. Həmin gün Kremldə Böyük Oktyabr Sosialist inqlabının ildönümü ilə bağlı təntənəli tədbir keçirilib. Günorta saatlarına qədər gözləyən Dmitriyev Kremlin Spasski qülləsi tərəfdəki darvazadan çıxan avtomobili görcək həmin avtomobildə Stalinin olduğunu düşünərək, atəş açmağa başlayıb. Açılan üç atəşdən yalnız biri avtomobilin işığına dəyib. Zərərçəkən olmayıb. Həmin andaca mühafizəçilər onu zərərsizləşdiriblər. Avtomobildə gedən isə Stalin yox, Mikoyan olub. (erməni kommunist Anastas Mikoyan SSRİ-nin mövcudluğu dövründə bir sıra məsul vəzifələrdə çalışıb. 55 illik siyasi fəaliyyətində 54 il Mərkəzi Komitənin, 40 il isə Siyasi Büronun üzvü olub). İstintaq zamanı yefreytor Dmitriyev avtomobilin içində Stalinin olduğunu zənn etdiyini və onu öldürmək istədiyini etiraf edib.Nəyə görə Stalinə sui-qəsd etmək istədiyini soruşanda Dmitriyev belə cavab verib: “Müharibəyə qədər SSRİ rəhbərliyi qəzet və radio vasitəsi ilə bəyan edirdilər ki, əgər müharibə başlasa, sovet hərbçiləri düşmən ərazisində mübarizə aparacaqlar. Amma hər şey əksinə oldu. Almanlar günü-gündən ölkəmizin ərazisində irəliləyirlər. Neçə-neçə insanlar bu müharibənin qurbanı olur. Bax elə bu yalanlara görə də mən rəhbərlikdən, Stalindən bu yolla qisas almaq istəyirdim”.Yefreytor Saveliy Dmitriyevin istintaqı məlum olmayan səbəblərdən çox uzun illər çəkib. İttihamnamə 1944-cü ildə hazır olsa da, o hərbi tribunala 1950-ci ilin avqustun 25-də verilib. Hərbi tribunal isə Dmitriyevə ən ağır cəza-güllələnməklə ölüm cəzası hökmünü verib və hökm elə həmin gün də yerinə yetirilib.Stalinə sui-qəsd hadisəsində ən maraqlısı isə Mikoyanın bəxtinin gətirməsidir. Yəqin ki, Mikoyan bu təsadüfi “qəhrəmanlığı” ilə Stalinin qarşısında çox öyünüb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol