Respublika Klinik Xəstəxanasında kritik vəziyyət

Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanada xəstələrə köməklik göstərilə bilmir.
Bu barədə Oxu.Az-a xəstəxanadan məlumat verilib.
Məlumatda qeyd edilib ki, ölkədə baş verən qəza nəticəsində xəstəxana işıqsız qalıb:
"Generatorlar qoşulsa da, xəstəxana tam işıqla təmin edilməyib. Müəssənin bir hissəsi hələ də işıqsızdır”.
Öz növbəmizdə qeyd edək ki, xəstəxanada pasiyentlərin bəziləri elektriklə işləyən tibbi avadanlıqlara qoşulub. Elektrik enerjisinin verilişində belə fasilənin yaranması onların həyatına birbaşa təhlükədir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























