Bakı-Sumqayıt elektrik qatarları işləmir - YENİLƏNİB

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınmasına baxmayaraq, Bakı-Astara-Horadiz sərnişin qatarı artıq Bakı-sərnişin stansiyasına çatıb.
Eyni zamanda Bakı-Rostov qatarı vaxtında yola salınıb, eləcə də, Bakı-Moskva qatarı artıq Bakıya çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarlarının hərəkəti də bərpa olunub. Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün gün ərzində iki dəfə bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılacaq.
www.anews.az
Son xəbərlər 
Daha çox 























