• $
  • €
  • ₽
  • ₺
  • £

Sui-qəsdə məruz qalan azərbaycanlı məmurlar - SİYAHI

Sui-qəsdə məruz qalan azərbaycanlı məmurlar - SİYAHI
04.07.2018 15:41
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin dünən axşam saatlarında silahlı hücuma məruz qalması ölkə gündəmini məşğul edən əsas mövzulardandır.

İcra başçısı bu hadisədən sağ-salamat qurtulsa da, dövlət məmurlarına qarşı bu kriminal cinayət hadisəsi cəmiyyət tərəfindən kəskin hiddətlə qarşılanır.

Anews.az xəbər verir ki, azxeber.com dövlət müstəqilliyi əldə ediləndən bəri sui-qəsdə məruz qalan, silahlı hücum nəticəsində dünyasını dəyişmiş məmurlarla bağlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki:

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Vaqif Vəliyev (Hacı Vaqif) 1993-cü ildə öz iş otağında qətlə yetirilib. Hadisəni törədən şəxs məhkəmənin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib.

Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov da 1994-cü il sentyabrın 29-da Bakıda sui-qəsd nəticəsində qətlə yetirilib.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini, akademik Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında qətlə yetirilib.

Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev 11 fevral 2009-cu ildə Bakıda sui-qəsd nəticəsində qətlə yetirilib.

1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopterində olan çoxsaylı iriçaplı məmurlar – Dövlət katibiTofiq İsmayılov, baş prokurorİsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müaviniZülfü Hacıyev, Prezident Aparatının şöbə müdiriOsman Mirzəyev, millət vəkilləriVaqif CəfərovvəVəli Məmmədov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və ümumilikdə 22 nüfuzlu şəxs sui-qəsdə məruz qalaraq ölüb.

Xatırladaq ki, yüksək vəzifəli məmurların sui-qəsdə məruz qalması, onlara qarşı silahlı hücumlar bütün dövlətlərin təcrübəsində olub. Çox təəssüf ki, bir qarışqa yaratmaq iqtidarında olmayanlar bir insanın canına qıyır, öz cinayətkar xislətini nümayiş etdirirlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol